"Biz müqavilə ilə ilan tuta bilərik"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.
İnstitutun direktoru Elman Yusifov bildirib ki, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.
Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.
E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil:
“Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-in razılıq məktubu əsasında İnstitutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.
Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda İnstitutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.
Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin:
"Bunun üçün İnstitutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Həmin müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.
E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: “İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirilər”.
Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artması qənaətinə gəlirlər.
© Trend
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















