"Azərbaycanda Dollar ucuzlaşa bilər"
Dünya bazarında neftin qiyməti 55 dollar/bareldən yuxarı qalmağa davam edərsə, 2018-ci ilin fevral ayından etibarən Azərbaycanda dolların rəsmi məzənnəsi 1,60 AZN/USD-yə düşə bilər.
Yerli analitiklər bildirir ki, Azərbaycanın xarici ticarət göstəriciləri, tədiyyə balansı, inflyasiya və iqtisadi artım perspektivləri manatın möhkəmlənməsi üçün əsas təşkil edir.
Belə ki, neftin bahalaşması xarici ticarətin müsbət saldosunu getdikcə artırır. Bu zaman, dolların bir qədər ucuzlaşdırılaraq idxalın artırılması və büdcə gəlirlərinin yüksəldilməsi mümkündür. Nəzərə almalıyıq ki, Azərbaycan hələ də əsas strateji malları xaricdən idxal edir.
"Tədiyyə balansına gəldikdə isə, bu ilin II rübündə 967 mln. dollarlıq müsbət saldo əldə olunub. III rübdə bu göstəricinin 1,2 mlrd. dollara yüksələcəyini proqnozlaşdırırıq. Əgər belə olarsa, Azərbaycanın tədiyyyə balansının müsbət saldosu 2014-cü ilin II və III rübünün göstəricisinə, yəni böhrandan əvvəlki rəqəmlərə yaxınlaşacaq. Xatırladaq ki, o zaman tədiyyə balansı müvafiq olaraq 1,59 mlrd. və 1 mlrd. dollar müsbət saldoyla nəticələnib", - deyə analitiklər qeyd ediblər.
İnflyasiya göstəricisi nəzərə alındıqda isə, dolların məzənnəsində geriləmə amili xüsusi önəm daşıyır. Belə ki, hazırda 14%-ə yaxın olan inflyasiya göstəricisinin geriləməsi üçün dolların məzənnəsində ucuzlaşma baş verməlidir: "İqtisadi artımla bağlı göstəriciyə dolların məzənnəsinin ucuzlaşması müsbət təsir göstərir. Belə ki, dolların ucuzlaşması nəticəsində inflyasiya geriləyir, bu da öz növbəsində əhalinin real gəlirlərini artırır. Əhali də öz növbəsində istehlak xərclərini artıraraq iqtisadi artıma müsbət təsir göstərir".
Analitilər hesab edir ki, dollarda ucuzlaşma ehtimallarına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan manat kütləsinə nəzarəti əldən verməyəcək. Digər tərəfdən, onsuz da banklar sərt şərtlər çərçivəsində kreditləşmənin həcmini artıra bilmir. Bu da onu deməyə imkan verir ki, dollara tələbat, inflyasiya və iqtisadi artım hədəfləri AMB tərəfindən tam nəzarətdə olacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)






