Saç tökülmələrinin 85 faizi bu faktorla bağlıdır
Müasir dövrdə tez-tez rastlanan xəstəliklərdən biri də saç tökülmələridir. Təəssüf ki, saçı həddən artıq tökülən insanlar buna əhəmiyyət vermir, bunu heç xəstəlik də saymırlar. “Şampunumu dəyişmişəm”, “dietadayam” kimi səbəblərlə əlaqədar olduğunu düşünür və tezliklə keçib gedəcəyinə inanırlar. Halbuki, saç tökülmələri orqanizmdə çox ciddi durumlardan xəbər verə bilər. Və sonda dazlaşma, keçəlləşməyə gətirib çıxara bilər.
Keçəllik isə insanların xarici görünüşü ilə bağlı olduğuna görə çoxlarını narahat edir. Xüsusilə də xanımlarda rast gəlindikcə daha çox Azərbaycan Tibb Universitetinin Dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov saç tökülmələrinin stresslə əlaqədar olduğunu bildirir:
"Keçəllik – elmi dildə alopesiya adlanır və tüklərin patoloji fakültəsidir. Bu xəstəliyin çapıqlı və çapıqsız növləri ayırd olunur. Çapıqlı alopesiya - dərinin iltihablaşması, atrofiyası və ya çapıqlaşması nəticəsində tük follikullarının dağılması ilə yekunlaşır.
Çapıqsız alopesiya əvvəlcə dərinin zədələnmələri olmadan da inkişaf edir və onun özünün də bir neçə növü müəyyən olunur. Məsələn, “ocaqlı alopesiya” - xroniki dermatozdur. Tük follikullarına olan müxtəlif təsirlər nəticəsində tüklərin patoloji tökülməsi baş verir. Başın tüklü hissəsində, saqqal nahiyəsində, qaşlarda, kirpiklərdə və bədəndə tüklərin tamamilə olmaması ilə nəzərə çarpan ocaqların yaranması ilə təzahür edir”.
Həkimin sözlərinə görə, ocaqlı alopesiyanın etiologiyası dəqiq öyrənilməyib. Ocaqlı alopesiya zamanı dırnaqların böyüməsi də pozulur. Histoloji müayinələr zamanı isə sağlam görünən dəridə müəyyən dəyişikliklər aşkar edilir. Deməli, keçəllik - yalnız tük follikullarının məhdud xəstəliyi deyil.
E.Novruzov qeyd edir ki, psixi stress faktoru ocaqlı alopesiyanın inkişafında və gedişində mühüm rol oynayır. Xəstələrin 85%-də tüklərin tökülməsinə məhz stress səbəb ola bilər. Lakin bu xəstəliyin etiologiyasında sink çatışmazlığı, sinir sisteminin fəaliyyətinin pozulması, mədə-bağırsaq yolunun pozğunluqları, bakterial agentlərə qarşı həssaslıq, mikrosirkulyator axındakı pozğunluqların rolu ola bilər.
ATU dosentinin sözlərinə görə, ocaqlı alopesiyanın 5 tipi ayırd olunur. Adi tipə 20-40 yaşlı insanlarda rast gəlinir. Prehipertenziv tip gənclərdə yaranır, bu da sonradan yüksək qan təzyiqinin yaranmasına gətirib çıxarır. Atopik tip zamanı saç tökülmələri ilə yanaşı atopik dermatit, bronxial astma və digər atopik vəziyyətlər müşahidə olunur. Xəstəliyin qarışıq tipi isə çox vaxt yaşlı şəxslərdə (40 yaşdan yuxarı) müşahidə olunur.
Göründüyü kimi, saç tökülmələri xəstəliyi gənc yaşlardan başlayır. Odur ki, ilk baxışdan adi görünən saç tökülmələrinin qarşısını almaq üçün diqqətli olmaq, stressdən qorunmaq, düzgün qidalanmaq lazımdır. Sonradan keçəl olmamaq üçün vaxtında həkimə müraciət etmək də məsləhət görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















.jpg)




