“Od tutub yanan” dükanlar
Azərbaycanda bir çox tanınmış geyim mağazaları mövcuddur. Xüsusilə brend geyimlərin satışı ilə məşğul olan həmin mağazalarda qiymətlər “od tutub yanır”.
Düzdür, hər geyimin öz alıcısı var. Amma maraqlıdır ki, eyni brend məhsullar ayrı-ayrı yerlərdə fərqli qiymətlərədir. Hətta müştərinin üzünə baxaraq geyimə qiymət qoyan mağazalar da var. Yəni hər kəs öz bildiyini oxuyur.
Brend geyimlərin baha olmasının səbəbi nədir?
"Marina Rinaldi" qadın geyimləri mağazasındaqiymətlər 300-5000 manat arasında dəyişir.Mağazanın meneceri Xəyalə Axundova bahalığın səbəblərindən danışıb:
“Bizdə üst geyimləri, ziyafət paltarları kimi geyimlər var. Geyimlərin baha olmasının səbəbi malların keyfiyyətli olması ilə bağlıdır. Mağazamıza bütün məhsullar İtaliyadan gətirilir. Həmçinin geyimlər təbii parçalardandır. Məsələn, əl işləri olan geyimlər daha bahadır”.
“Emiland” şirkətindən bildiriblər ki, qiymətlərin baha olmasının səbəbləri var.
“Azərbaycanda “Emiland” geyimlərinin xüsusi özəlliyi mövcuddur. Biz geyimlərdə istifadə etdiyimiz materialları xaricdən alırıq. Bizim təchizatçıların əsasən Fransa, İtaliya və digər Avropa ölkələrində tanınmış toxuculuq fabrikləri var”-deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, materialları xaricdən aldıqlarına görə geyimlər baha qiymətə alıcılara təqdim olunur.
İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, brend geyimlərin baha olmasını konkret səbəblə izah etmək mümkün deyil:
“İlk növbədə brend geyimlərin Azərbaycandakı satış nöqtələri şirkətlərin birbaşa nümayəndələri deyil. Brendlər azərbaycanlı partnyorları ilə bağlanmış müqavilələr əsasında həmin geyimlərin Azərbaycana göndərilməsini təşkil edirlər. Nəticə olaraq buradakı satışa, vergi və gömrük fəaliyyətinə cavabdeh deyillər.
Əksər ölkələrdə isə geyim mağazaları şəbəkə halında fəaliyyət göstərir. Hər hansı məşhur brendin bir malını İstanbulda alsanız, çekini saxlayıb sonradan dəyişmək istəsəniz, Avropanın istənilən ölkəsində həmin brend mağazasına girib dəyişə bilərsiniz. Amma Azərbaycanda alınan məhsulu heç bir ölkədə dəyişə bilməzsiniz. Çünki bizdə brend mağazalar şəbəkə şəklində fəaliyyət göstərmir.
Yalnız brendin adı satılır və məhsul göndərilməsi ilə bağlı öhdəlik olmur. Ona görə də qlobal brendlərin qiymət siyasəti ilə Azərbaycandakı qiymət siyasəti arasında ciddi fərq yaranır. Burada müqavilələr bağlayıb ölkəyə mal gətirən yerli təmsilçilər özləri qiymət təyin edirlər. Digər ölkələrdə isə şirkətin özü qiymət təyin edir və buna uyğun da endirim aksiyaları keçirir. Azərbaycanda ən böyük prolemlərdən biri şirkətlərin birbaşa bazarda iştirak etməməsidir”.
İqtisadçı qeyd edib ki, brend geyim bazarında rəqabət mühiti də tam formalaşmayıb:
“İkinci problem Azərbaycanla digər ölkələrin gömrük rüsumları arasında fərqlərin olmasıdır. Əvvəllər geyimlə bağlı çəkiyə görə gömrükdən keçmə üsulu mövcud idi. Yəni müəyyən çəkiyə görə tarif müəyyənləşdirilmişdi. Məsələn, 100 kilo paltarın gömrük rüsumunu ödəyib ölkəyə gətirmək mümkün idi. İndi isə hər bir ədədin gömrük rüsumu müəyyənləşdirilir. Bu da qiymətin üzərinə əlavə edilir və qiymətin bahalaşmasına səbəb olur.
Üçüncü problem isə rəqabət mühitinin təəssüf ki, hələ geniş yayılmaması ilə bağlıdır. Əhalisi və ərazisi Bakıdan kiçik olan Tbilisidə şirkətlərin və brendlərin sayı bizdən xeyli dərəcədə yüksəkdir. Bu da öz növbəsində rəqabətli mühit yaradır.
İnsanın geyimləri 5-6 brend mağazasından seçməsi ilə, 50-100 mağazadan seçməsi eyni deyil. Brend mağazalar çox olduğu halda rəqabətli mühit yaranır və bu da birbaşa qiymətlərə təsir edir”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)
.jpg)








.jpg)






