71 dövlət əmlakı hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 fevral 2017-ci il tarixində keçiriləcək yeni hərraca 71 əmlak çıxarılıb. Bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir.
İstənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün “privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.
Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda qalib olmayan vətəndaşın ödədiyi beh hərracdan sonra 10 gün ərzində vətəndaşa geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.
Hərraclar barədə məlumat almaq və sifariş vermək də hazırda çox rahatdır. Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsində əhaliyə müntəzəm məlumatlar çatdırılır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər.
Hərraca çıxarılan 6 kiçik dövlət müəssisəsi və obyekti Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda yerləşən hər iki əmlak 150 min manata iddiaçılara təklif olunur. Bu əmlakların hər ikisi Yardımçı Təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis”, Sumqayıtda yerləşən “Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Kərpic”, “Goranboy Sənaye İnşaat”, “Kürdəmir Quşçuluq”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.
Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1231
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 5 d. əvvəl
- 10 d. əvvəl
-
21 d. əvvəl
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
- 28 d. əvvəl
- 38 d. əvvəl
- 48 d. əvvəl
-
52 d. əvvəl
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
12 noyabr üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Bank “YAŞAT” Fonduna 100 000 manat ianə edib
Ən çox oxunanlar
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
Pakistanın Baş naziri Azərbaycana səfərə gəlib
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib
Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir
"2500 manat maaş alanlar kifayət qədər çoxdur. 3% vergi o qədər də böyük məbləğ deyil" - Nazir müavini
GAC-də fürsətlər hələ davam edir














.jpg)



