Holdinq 2,5 hektar sahədə istixanalarını istifadəyə verdi
İmişlidə 2,5 hektar sahəsi olan müasir istixana kompleksi istifadəyə verilib.
“Araz Agro Alko Kombinat Holdinq” tərəfindən inşa olunan kompleksin tikintisinə ötən ilin mayında başlanılıb. İstixana kompleksində məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar inşa edilib. Əkin aparılacaq torpaq sahəsindən nümunələr götürülərək analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib, həmçinin torpağa aqrotexniki qulluq göstərilib.
İstixanada pomidor yetişdirilməsi nəzərdə tutulub. Kompleksdə Hollandiyadan gətirilmiş 70 min ədəd “Maxito” növlü pomidor şitilinin əkilməsinə başlanılıb. Hər bitkidən 5-6 kiloqram məhsul əldə olunacağı gözlənilir.
Burada işçilər üçün hər cür şərait yaradılıb və 50 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















