Çinlilər Azərbaycanda bir çox layihələr həyata keçirmək niyyətindədir - qida və kənd təsərrüfatı
Respublikamızda işgüzar səfərdə olan Çin Xalq Respublikasının Henan inzibati vilayətinin Zhenzhou şəhər nümayəndələri “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində olublar.
Qonaqlar əvvəlcə Səhmdar Cəmiyyətin Lökbatan qəsəbəsində yerləşən ərzaq anbarları, qida məhsullarının saxlanması şəraiti və satışı ilə tanış olublar.
Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev çinli qonaqlara qurumun fəaliyyət istiqamətləri, ölkədə qurulmuş tədarük-təchizat sistemi haqda ətraflı məlumat verib.
Bildirilib ki, Səhmdar Cəmiyyət ölkənin ümumi iqtisadi inkişaf siyasətinə uyğun olaraq xarici bazarlara yerli məhsulların göndərilməsində, Çin kimi aqrar-sənaye potensialı böyük olan dövlətlərin mütərəqqi təcrübələrinin öyrənilməsində maraqlıdır. Bu mənada qurum Azərbaycanda istehsal olunan ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsullarının qablaşdırılması, markalanması, logistikası sahəsində çinli tərəfdaşlarla yaxından əməkdaşlıq etmək niyyətindədir.
Zhenzhou şəhəri üzrə Kənd Təsərrüfatının İnkişafı Komissiyasının rəhbəri Zhou Yamin bildirib ki, son illər Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf siyasəti, ölkənin qlobal layihələrdə aktiv iştirakı, eləcədə əhəmiyyətli logistika qovşağında yerləşməsi ölkələr arasında tərəfdaşlıq imkanlarını artırıb.
Çin tərəfi Azərbaycanın əlverişli coğrafi imkanlarından yararlanaraq qida və kənd təsərrüfatı təyinatlı bir çox layihələr həyata keçirmək niyyətindədir.
Zhenzhou şəhərini kənd təsərrüfatı məhsulları ilə təchiz edən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının sədri Yanq Vanyou Azərbaycanda qurulmuş tədarük-təchizat sisteminin üstünlüklərini vurğulayaraq bir sıra istiqamətlərdə əməkdaşlıq imkanlarının mövcudluğu haqda danışıb.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra layihələr müzakirə olunub. Çin nümayəndə heyəti “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC rəhbərliyini ölkəsinə işgüzar səfərə dəvət edib.
Sonda çinli qonaqlar İdarə Heyətinin sədri Əbülfət Qocayevə hədiyyə təqdim ediblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















