Yeddi qurumun DSMF-yə borcu artıb

2017-ci ilin iyulun 1-nə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcunun məbləği ilin əvvəlinə nisbətən 29,9 mln. manat və ya 9,3% artaraq 321,22 mln. manat göstəricisindən 351,14 mln. manat göstəricisinə qalxıb.
Hesablama Palatasından verilən məlumata görə, artım həm iri sığortaedənlər üzrə, həm qeyri-büdcə sektorunda fəaliyyət göstərən digər hüquqi şəxslər, həm də bələdiyyə mülkiyyətində olan digər təşkilatlar üzrə müşahidə olunub.
Qeyd edilən tarixə DSMF-nin debitor borclarının 59,18 mln. manatı (47,92 mln. manat borcun əsas məbləği, 11,24 mln. manat penya və maliyyə sanksiyaları, 0,02 mln. manat digər borclar) və ya 16,9%-i iri sığortaedənlər üzrə formalaşıb ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 10,53 mln. manat və ya 21,6% çoxdur. O cümlədən, artım borcun əsas məbləği üzrə 9,67 mln. manat və ya 25,3%, penya və maliyyə sanksiyaları üzrə 0,85 mln. manat və ya 8,1% təşkil edib.
Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci yarısının sonuna da iri sığortaedənlər üzrə DSMF-nin debitor borclarının əsas hissəsi - 30,53 mln. manatı və ya 51,6%-i "Azərsu" ASC-yə aid olub. Bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb.
Həmin tarixə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin DSMF-yə borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artıb).
"Azərenerji" ASC-nin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısının sonunda DSMF-yə borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatıb ki, bu da DSMF-nin iri sığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir.
SOCAR, "Azərbaycan Dəmir Yolları" QSC-nin və "Azərbaycan HavaYolları" QSC-nin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artıb, artım SOCAR üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, "Azərbaycan Dəmir Yolları" QSC üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 mln. manat və ya 13,9%), "Azərbaycan Hava Yolları" QSC üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil edib. Cari ilin iyulun 1-nə bu təşkilatların DSMF-yə borcunun məbləği müvafiq olaraq 1,33 mln. manat və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,2%-i qədər, 3,03 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,52 mln. manat, penya və maliyyə sanksiyaları 0,51 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 5,1%-i qədər və 2,11 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,09 mln. manat) və ya qurumun iri sığortaedənlər üzrə debitor borclarının 3,6%-i qədər olub.
2017-ci ilin əvvəlinə "Azərkimya" İstehsalat Birliyi və "Azəriqaz" İstehsalat Birliyinin Fonda borcu olmasa da, 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla "Azərkimya" İstehsalat Birliyinin DSMF-yə 0,01 mln. manat, "Azəriqaz" İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.
İri sığortaedənlərdən ilin əvvəlinə nisbətən Fonda borc məbləğlərində azalma yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə müşahidə edilib, bu təşkilatın DSMF-yə borc məbləği ilin əvvəlinə nisbətən 59,7 min manat azalaraq 372,5 min manat təşkil edib ki, bu da Fondun iri sığortaedənlər üzrə debitor borcunun 0,6%-i, ilin əvvəlinə olan müvafiq borc məbləğinin isə 86,2%-i qədərdir.
Qeyd edilən tarixə dövlət mülkiyyətində olan digər təşkilatların da Fonda borcu yaranıb, borc məbləği 4,98 mln. manat (o cümlədən, borcun əsas məbləği 4,42 mln. manat, penya və maliyyə sanksiyaları 0,56 mln. manat) təşkil edib ki, bu da DSMF-nin sığortaedənlər üzrə cəmi debitor borclarının 1,4%-i qədərdir.
2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə bələdiyyə mülkiyyətində olan təşkilatların DSMF-yə borcu cüzi də olsa artıb, artım 0,02 mln. manat və ya 0,2% təşkil edib, 01.07.2017-ci il tarixə bu təşkilatların Fonda borcunun məbləği 8,07 mln. manat (o cümlədən, borcun əsas məbləği 6,48 mln. manat, penya və maliyyə sanksiyaları 1,59 mln. manat) və ya Fondun sığortaedənlər üzrə cəmi debitor borclarının 2,3%-i qədər olub.
© APA
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
9 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
9 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
