Bakı Fond Birjası bu ilin 11 ayında
2016-cı ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 5 mlrd. 209 mln. 962,033 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 1,6 dəfə azdır. Bu barədə birjadan məlumat verilir.
Yanvar-noyabr aylarında BFB-də əqdlərin ümumi həcmində 4 mlrd. 126 mln. 677,196 min manat törəmə alətlər bazarının (azalma 31,8%), bunun 3 mlrd. 864 mln. 13,134 min manatı valyuta, 262 mln. 664,063 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 685 mln. 118,05 min manat (artım 33,3 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların 524 mln. 729,125 min manatı Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. O cümlədən, ilkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 380 mln. 588,695 min manat, təkrar bazarda 144 mln. 131,429 min manat təşkil edib.
Hesabat dövrü ərzində ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 160 mln. 397,924 min manat təşkil edib.
Yanvar-noyabr aylarında BFB-nin ümumi dövriyyəsində 117 mln. 663,353 min manat (azalma 57,5%) pay bazarının payına düşüb. Bunun 114,681 mln. manatı ilkin bazarda, 2 mln. 982,353 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Yanvar-noyabr aylarında əqdlərin ümumi həcmində 278 mln. 438,668 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 6,4 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 26 mln. 639,576 min manatlıq istiqrazı yerləşdirilib. 11 ay ərzində ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 168 mln. 990,229 min manat, təkrar bazarda 82 mln. 808,863 min manat təşkil edib.
Bazarın sektoru | Dövriyyə (azn), 2016 | Dövriyyə (azn), 2015 | ||
| Əqdlərin həcmi, AZN | Əqdlərin sayı | Əqdlərin həcmi, AZN | Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı | 685,118,050.33 | 238 | 20,541,583.90 | 16 |
MN Dövlət İstiqrazları | 524,720,125.40 | 224 | 20,541,583.90 | 16 |
Dİ yerləşdirmə | 380,588,695.43 | 173 | 0 | 0 |
Dİ təkrar | 144,131,429.97 | 51 | 20,541,583.90 | 16 |
AMB Notları | 160,397,924.93 | 14.00 | 0 | 0 |
NOT yerləşdirmə | 160,397,924.93 | 14 | 0 | 0 |
NOT təkrar | - | - | 0 | 0 |
II . Pay bazarı | 117,663,353.85 | 1,905 | 276,356,350.85 | 3323 |
Səhmlər yerləşdirmə | 114,681,000.00 | 16 | 266,703,390.35 | 111 |
Səhmlər təkrar | 2,982,353.85 | 1,889 | 9,652,960.50 | 3212 |
III. Borc Alətləri Bazarı | 278,438,668.86 | 562 | 1,771,817,859.25 | 625 |
AİF istiqrazları yerləşdirmə | - | - | 41,333,586.00 | 10 |
AİF istiqrazları təkrar | 26,639,576.70 | 12 | 1,477,905,330.15 | 191 |
Digər korporativ istiqrazlar * yerləşdirmə | 168,990,229.45 | 467 | 19,763,407.52 | 72 |
Digər korporativ istiqrazlar * təkrar | 82,808,862.71 | 83 | 232,815,535.58 | 352 |
- o cümlədən market meyker | - | - | 207,864,889.80 | 256 |
IV. REPO əməliyyatları | 2,064,763.58 | 2 | 119,759,375.00 | 111 |
AMB-nin Repo əməliyyatları | - | - | 32,217,600.76 | 30 |
Digər Repo əməliyyatlar | 2,064,763.58 | 2 | 87,541,774.24 | 81 |
V. Törəmə Alətlər Bazarı | 4,126,677,196.82 | 41151 | 6,047,304,217.28 | 46841 |
Valyuta | 3,864,013,134 | 35,920 | 5,953,801,019.68 | 41641 |
Əmtəə | 262,664,063 | 5,231 | 93,503,197.60 | 5200 |
Cəmi | 5,209,962,033.44 | 43,858.00 | 8,235,779,386.28 | 50,916.00 |
- o cümlədən: ilkin bazar ( I+II+III) | 824,657,850 | 670 | 327,800,384 | 193 |
- o cümlədən: təkrar bazar ( I+II+III) | 256,562,223 | 2,035 | 1,740,915,410 | 3,771 |
İxtisarlar:
Dİ – dövlət istiqrazları
AR MN – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
AR MB – Azərbaycan Respublikasının Mərkəzii Bankı
DQK – Dövlət qiymətli kağızları
KQK – Korporativ qiymətli kağızlar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)










.jpg)




