İnqlabi kampaniya yenidən aktualdır!
Volkswagen Azərbaycan 20 illik yubileyi ilə bağlı tarixi kampaniyasını yenidən aktuallaşdırdı.
Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan “Euro Style LTD” MMC bu ilin dekabrında 20 illik yubileyini qeyd edəcək. Bu münasibət ilə keçən ilin noyabr-dekabr aylarında avtomobil bazarında inqilab edən “5 il PULSUZ SERVİS” kampaniyasını bərpa etmək qərarına gəldi.
Beləkliklə alıcılar Yeni 2018-ci il model Passata sahib olarkən 5 və ya 150 000 km zəmanət ilə yanaşı həmin müddətdə bütün servis xərclərini HƏDİYYƏ qismində əldə edəcəklər. Yəni 5 il ərzində servislə bağlı heç bir məsrəfləri olmayacaq. Bu, həm ehtiyat hissələrinə, həm də xidmət haqqına aiddir.
PULSUZ Servis xidmətinə aşağıdakılar aiddir:
- Yağdəyişmə (yağ, yağ filteri və xidmət haqqı)
- Hava filteri + dəyişilməsi
- Yanacaq filteri + dəyişilməsi
- Texniki baxış və elektron diaqnostika
- Mühərrik şamları
- Mühərrikin dişli qayışı + dəyişilməsi
- Generator qayışı + dəyişilməsi
- Əyləc yastıqları və əyləc mayesi + dəyişilməsi
- Dayaq diskləri + dəyişilməsi
- Təkər balansı və yerdəyişməsi
Şirkətin rəsmisi bu xəbəri belə şərh etdi:
“Keçən il bu kampaniya çox uğurlu keçdi. Kifayət qədər müştərimiz kampaniyadan yararlandı və hal-hazırda həmin Passat sahiblərinin bütün servis xərclərini qarşılayırıq, müştərilərin yalnız yanacağa məsrəfi çıxır. İl ərzində bu kampaniyanı soruşan çox olub. Tələbatı nəzərə alaraq 20 illik yubileyimiz münasibəti ilə bu şərtləri yenidən bərpa etmək qərarına gəldik. 2017-nin Dekabrın sonunadək bütün satılacaq Volkswagen Passat modellərinə aid eləmişik bu kampaniyanın. Bu gündən dekabrın 31-dək bütün yeni Passat alan müştərilərimiz 5 il ərzində servisə ödəniş etməyəcəklər. Yani yağı da pulsuz dəyişəcəklər, filterləri də, əyləc yastıqlarını və sair. Həm yağ və ehtiyat hissələri pulsuz olacaq həm də iş haqqı. Alıcılarımıza təkcə yanacaq doldurub avtomobili idarəetmək həzzi qalır.”
Tam LED yığımlı ön dinamik fənərli yeni Volkswagen Passata gəldikdə isə, radiator barmaqlıqları və üslubu daha da dəqiq tərənnüm edəb zərif cizgilər ilə premiuma meyilliyini tamamlayan avtomobildir. Patentləşdirilmiş texnologiya əsasında hazırlanmış “topComfort” və “ergoComfort” tipli oturacağı olan bu avtomobildə 3-zonalı iqlim kontrolu funksiyalı kondisioner, oturacaqların isidilməsi və soyudulması, hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir. Eyni zamanda 8 düym ekran, həcmli səs effekti yaradan 8 ədəd səsgücləndirici, CD, MP3, SD, USD, AUX-in, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. Bu dəfə daha çevik və manevrli olan Yeni 2018 model Passat 1.8 L həcmli və 180 at güclü mühərriklə təchiz olunub. Belə ki, 100 km/s sürət göstəricisinə cəmi 7.7 saniyəyə çatır. Orta sərfiyyat isə 5.8 L-ə bərabərdir. 6 ədəd təhlükəsizlik yastıqları, ABS, ASR, EDL və ESC sistemləri sürücünün xidmətindədir. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 286.6° bərabər dairəvi görünüş sahəli Passat artıq öz sahiblərini gözləyir.
Daha ətraflı məlumat üçün: *7788
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























