Bitcoin-də “köpükcük” var
Bu il dəyəri 1885 faiz yüksələn Bitcoin bütün investisiya alətlərini kölgədə qoyub. Mütəxəssislər tənzimlənən birjalarda Bitcoin ilə fyuçers əməliyyatlarına başlanması ilə real bazarlarda yeni qiymət "şarlarının" (köpüklərinin) yaranacağını düşünürlər. Ancaq mövcud bazarların Bitcoin-dən daha böyük problemləri var.
Kriptovalyutaların cəmi bazar dəyərləri 600 milyard dolları, Bitcoin-in bazar dəyəri isə 322 milyard dolları keçib.
1995-ci ildən etibarən dünya miqyasında başlayan və 2001-ci ildə sona çatan texnologiya "köpüyü", ABŞ-da şişən mənzil "köpüyünün" 2008-ci ildə partlaması yaddaşlardan silinməyib. Bu gün Bitcoin ətrafında baş verənlər də yaxın keçmişin acı xatirələrini xatırladır. Eyni şəkildə, keçmiş dövrlərdə olduğu kimi, başda Bitcoin olmaqla "şişmiş" kripto pul vahidlərində də bir "qiymət düzəlməsi" (çöküş) mütləq baş verəcək. Kim bilir, bəlkə belə bir düzəliş prosesinin ardından kriptovalyuta sektoru daha möhkəm zəminə oturaraq mövcud maliyyəyə bir alternativ ortaya çıxacaqdır. Məlumdur ki, 2001-ci ildə texnologiya "köpüyü" partlayan zaman həm internet, həm də mobil telefonla əlaqəli şirkətlər ciddi ziyana düşmüşdülər. Ancaq, sektor proqnozların əksinə, elə bir geri dönüş etdi ki, hazırda bu texnologiyalar olmadan artıq dünya yaşaya bilməz.
BÖHRAN RİSKİ HƏMİŞƏ VAR, AMMA...
Bəs Bitcoin və ya ümumiyyətlə kriptovalyuta dünyasında baş verəcək bir problem yeni bir qlobal böhrana rəvac verə bilərmi? Baş verən saxtakarlıq və ya kriptovalyutaların real həyatda da genişlənməsi ilə əlaqədar olaraq bu pullardan gələcəkdə bir böhranı, əlbəttə, istisna etmək olmaz. Ancaq kriptovalyutaların bu səviyyədə yaxın gələcəkdə bir böhran çıxarda biləcəyi real görünmür. Bu pulların mövcud törəmə bazarlarının şişməsinə dəstək verməyə başlaması halında isə fəlakətlərin ən böyüyü baş verə bilər.
Kriptovalyutaların bazar dəyəri digər alətlər ilə müqayisədə çox aşağıdır. Müqayisə üçün qeyd edək ki, bir gündə qlobal valyuta bazarlarında əməliyyatların həcmi 5 trilyon dollara çatır.
“Marja” xəbər verir ki, qızılda bu rəqəm 8 trilyon dollara yüksəlir. Qlobal istiqraz bazarı desəniz, onun böyüklüyü də 63 trilyon dollar səviyyəsindədir.
Dünya birjaları 80 trilyon dollardır və qlobal əmlak sektoru da 217 trilyon dollar səviyyəsindədir.
Törəmə alətlər bazarının həcmi isə 1.2 katrilyon dollara qədər çıxır. İndi bu ağlasığmaz rəqəmlərə baxdığımızda iki mövzu ortaya çıxır.
Bunlardan biri: Bitcoin bu an baxıldığında bir "şar" (köpük) deyil, ən yaxşı təxminlə bir "şarcıq" (və ya “köpükcük”) ola bilər.
- İkincisi isə başımızın çox böyük bir dərddə olduğu reallığıdır. Nəhəng "şarların" nə məna verdiyini qeyd etmək üçün bildirək ki, dünyada illik ümumi daxili məhsul həcminin (qlobal iqtisadiyyat) 2017-ci ildə təxmini 80 trilyon dollar olaraq reallaşacağı gözlənilir. Bütün mal və xidmətlərin cəminin yalnız 80 trilyon dollar olduğu bir dünyada yuxarıdakı "şarların" necə meydana gəldiyini, bütün böhran və tədbirlərə baxmayaraq fasiləsiz şişməyə davam etdiyini artıq siz düşünün.
BITCOİN DƏ "BALİNA" PROBLEMİ YAŞAYIR
Bitcoin-in ilk mərhələsində alış edənlər asanlıqla minlərlə, hətta milyonlarla Bitcoin aldılar. Bitcoin qiymətinin uzun müddət aşağı səviyyədə qalması az sayda istifadəçiyə ümumi Bitcoin "tortunun" böyük bir hissəsinin nəzarətini təmin etdi. Son hesablamalara görə, hazırda mövcud hesabların 4 faizi, Bitcoinin ümumi dəyərinin 95 faizini əlində saxlayır. Hətta hesabların 1%-i Bitcoinin ümumi dəyərinin 50%-nə malikdir.
Ancaq hər bir ünvanın eyni zamanda birdən çox insanın portfelini yaratması sahiblik nisbətinin insan sayı baxımından proqnoz edilməsini mümkün edir.
110 MİN ƏMƏLİYYAT BAŞA ÇATMAĞI GÖZLƏYİR
Blockchain.İnfo-nun məlumatlarına görə, kriptovalyuta platformaları əməliyyat başına orta hesabla 26 dollar tələb edirlər. Bu rəqəm isə hər gün yenidən müəyyən olunur. Bitcoin infrastrukturunun başa çatdırdığı əməliyyat sayı saniyədə 3.3 ilə məhdudlaşır. Bitcoin hazırda saniyədə 4-8 aralığında əməliyyat tələbi alır. Bunların hamısı anında həyata keçirilmədiyi üçün başa çatmağı gözləyən əməliyyatların sayı artır. Son hesablamalara görə, təkcə Bitcoin üçün gözləyən əməliyyat sayı 110 minin üzərindədir. Bəzi platformalar 10 dəqiqə ərzində əməliyyat qarşılığında 91 dollara çatan əlavə pul tələb edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
- 11 d. əvvəl
-
14 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
-
37 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
57 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Ən çox oxunanlar
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO






















