“AZAL aviasiya sahəsini inhisarda saxlayır"
Millət vəkilləri “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətini tənqid ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib ki, aviasiya sahəsində qiymətlər həddindən artıq yüksəkdir: “AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır. Niyə beynəlxalq aviadaşımalarla məşğul olanlar reyslər həyata keçirməməlidir? Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdırlar? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdirm. Orada işlərim uzandığına görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım ki, bileti dəyişdirim. Mənə nümayəndəlikdən bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?"
Millət vəkilləri Əli Məsimli və İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazılıq ediblər.
AZAL-ın Azərbaycanın dövlət büdcəsinə çox böyük yük olduğunu deyən Ə. Məsimli bildirib ki, bu qurumun özəlləşdirilməsi çox vacibdir. Millət vəkilləri bütün sahələrdə olduğu kimi, aviasiya sahəsində də monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini vurğulayıblar.
“Məcəllənin qəbulu bu sahədə rəqabət mühiti formalaşdıracaq. Bu isə xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və qiymətlərin düşməsinə gətirib çıxaracaq”, - deyə Ə. Məsimli bildirib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə AZAL-ın inhisarçı şirkət olması barədə fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Azərbaycana və Azərbaycandan xaricə hava reyslərin 52%-i beynəlxalq şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir:
“AZAL-ın bu gün 17 tarifi mövcuddur. Biletlərin necə dəyişdirilməsi qaydalarda əksini tapıb. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədən, bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Bəzi şirkətlər yeməkdən, bəziləri yüklərdən, bəziləri də cərimələrdən pul yığırlar. Ümumilikdə xərcləri bağlamaq lazımdır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda, yenə də yetərincə gəlir yoxdur. Monopoliyaya gəldikdə, aşağı büdcəli "Buta" şirkəti yaranır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir və çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü, ən yüksək kateqoriyaya aiddir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlər Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı saxlamaq çox çətindir. Təsəvvür edin ki, bir lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır”.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 29 d. əvvəl
-
37 d. əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
2 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
4 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb



















