Mərkəzi Bankdan "üzən məzənnə" açıqlaması
"Tam üzən məzənnəyə keçid böyük sıçrayış olmadan başladı"
"Tam üzən məzənnə rejiminin əsas atributu odur ki, məzənnə tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən olunur. Cari ilin yanvarın 12-dən artıq valyuta hərracı yeni formatda keçirildi. Yəni hərracın mexanizmi dəyişdi və yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni dolların alınması üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan orta çəkili məzənnə də avtomatik olaraq rəsmi məzənnə kimi cəmiyyətə təqdim olunur". Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
A. Babayev qeyd edib ki, bununla da məzənnə tam liberal əsasda formalaşır.
"Hərracların keçirilməsi bazarın tarazlaşmasına xidmət edir. Manatın orta çəkili məzənnəsi həm hərracdakı, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi olaraq müəyyən olunur. Həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur. Yəni əgər hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olunubsa, günün ikinci yarısında isə rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın orta çəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdan kənar əməliyyatların nəticələri təsir edir. Bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmur. Tam üzən məzənnəyə keçid böyük sıçrayış olmadan başladı. Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə baş verdi. Azərbaycanda isə 3,4% dəyişim olub. Yeni şəraitə adaptasiya gözlədiyimizdən daha sakit və rəvan gedir. Bütövlükdə bazara və məzənnənin dinamikasına nikbin baxıram", - deyə o əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







