Azərbaycan “Euro-5" istehsalına nə qədər xərcləyəcək? - MÜQAVİLƏNİN DƏYƏRİ
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurulma və modernizasiya layihəsi çərçivəsində mövcud qurğuların və ümumi zavod təsərrüfatının yenidənqurma işləri üzrə qalib. Seçilən İspaniyanın “Tecnicas Reunidas” şirkəti iş həcmlərini və müqavilənin dəyərini açıqlayıb.
Şirkətin məlumatına görə, “Tecnicas Reunidas” şirkəti dizel və benzin blokundakı əsas texnoloji avadanlıqların yenidən qurulması işlərini və digər işləri icra edəcək.
İspaniya şirkətinin məlumatına görə, müqavilənin dəyəri təxminən 800 mln. ABŞ dolları təşkil edir. İşlərin 38 ay müddətində tamamlanması gözlənilir.
Qeyd edək ki, dekabrın 19-da Heydər Əliyev adına NEZ və “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsi imzalanıb.
TR şirkəti ilə imzalanan saziş mövcud qurğuların və ÜZT-nin yenidənqurma işlərini əhatə edir.
NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:
I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;
II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;
Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.
Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
11 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb


























