Adını dəyişdirdi, qiyməti "uçdu"!
Buzlu çay istehsal edən "Long Island Iced Tea" adında şirkət, Bitcoin qiymətlərinin raket sürətində artmasından ruhlanıb adını "Long Blockchain" olaraq dəyişdirib. Ad dəyişikliyində məqsəd kriptovalyuta işilə məşğul olan şirkətlərə investisiya qoymaqdır.
"Marja" xəbər verir ki, "Long Island Iced Tea"nin səhmləri, ad dəyişikliyindən sonra 2.44 dollardan 9.49 dollara çıxaraq az qala 4 dəfə dəyər qazanıb.
Şirkətdən bildiriblər ki, öz markaları ilə buzlu çay istehsal etməyə davam edəcəklər, ancaq bundan sonra blok zənciri (Blockchain) texnologiyasının fürsətlərinə də fokuslanacaqlar.
Bitcoin başda olmaqla Ethereum, Litecoin, Ripple kimi bir çox kriptovalyutaların daimi olduğu düşünülsə də, ekspertlər ekosistem üzərindəki şişirdilmiş bahalaşmaya diqqət çəkirlər.
Məsələn, "Bioptyx" adındakı biotexnologiya firması da şirkət adını "Riot Blockhain" olaraq dəyişməsinin və biznes modelini Bitcoin üzərində "inşa edəcəyini" açıklamasından sonra səhmləri rekord səviyyədə dəyər qazanmışdı. O cümlədən, kiçik bir maliyyə texnologiyası firması olan "Longfin" şirkəti də Blockchain investorlarına fond verəcəyini açıqladıqdan sonra 1 həftə içərisində 2600 faiz dəyər qazanmışdı.
Bəzi ekspertlər bu vəziyyəti 2000-ci illərin əvvəlindəki "dot.com" köpüyünə və bəzi şirkətlərin adlarının önünə elektron ticarəti simvollaşdıran "e" "sırğasını" əlavə etməsinə də bənzədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib














.jpg)







