"MET-AK" satışlarının və qazancının kəskin artdığını açıqladı

Azərbaycanda plastik borular və fittinq istehsalçısı "MET-AK" şirkətinin qazancı ildən ilə artır.
"Marja" xəbər verir ki, şirkətin 2017-ci ilin 6 ayındakı xalis mənfəəti 2016-cı ilin yekun xalis mənfəətinə yaxınlaşıb.
2016-cı ili 3 milyon 158 min manat xalis mənfəətlə başa vurmuş şirkət, 2017-ci ilin birinci yarısını 3 milyon 124 min manat xalis mənfəətlə bağlayıb. Şirkət 2015-ci ili 5 milyon 875 min manat zərər ilə başa vurmuşdu.
"MET-AK" şirkəti 2017-ci ilin 6 aylıq mənfəətinin 2016-nın yekun dövrü ilə təxminən eyni səviyyədə olmasını vurğulayır və 2017-ci ilin yekunu üzrə xalis mənfəətinin 6 aylıq mənfəətdən 2 dəfə çox (6 milyon 300 min manat) olacağını proqnozlaşdırır.
SATIŞLARI KƏSKİN ARTIB
2016-cı ildə Şirkətin satışları 28 milyon 505 min manat ikən, 2017-ci ilin 6 ayında məhsul satışından cəmi gəliri 31 milyon 423 min manat təşkil edib. 2015-ci ildə şirkətin məhsul satışından cəmi gəliri 4 milyon 425 min manat təşkil etmişdi.
2016-cı ildə 4 milyon 782 min manat əməliyyat mənfəəti əldə etmiş "MET-AK" şirkəti 2017-ci ildə əməliyyat gəlirinin 11 milyon 329 min manat, 2018-də 18 milyon 722 min manat, 2019-cu ildə 29 milyon 506 min manat, 2020-ci ildə 35 milyon 179 min manat, 2021-ci ildə isə 40 milyon 68 min manat olacağını gözləyir. Əməliyyat gəliri satışdan əldə olunmuş gəlirdən maya dəyəri, ümumi və inzibati xərclər çıxıldıqdan sonra qalan gəlirdir.
"ÇOXLU SİFARİŞLƏR ALMIŞIQ, GƏLİRİMİZ DAHA DA ARTACAQ"
"MET-AK" şirkəti bildirir ki, 2017-ci ildə plastik boru və fittinq bazarıında ciddi artım müşahidə olunmuşdur. Bu, birbaşa şirkətin satışlarının əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur:
"Bundan başqa "MET-AK" şirkəti kənd təsərrüfatı təyinatlı məhsulların (meyvəçilikdə istifadə olunan müxtəlif ölçülü taraların) istehsalına başlamışdır. Həmin məhsullar üzrə çoxlu sayda sifarişlərin qəbul edilməsi, gələcək illərdə gəlirlərin əsaslı şəkildə artacağına işarədir. Bundan əlavə, müəssisə elektrik qaynaqlı polad boruların istehsalını planlaşdırır. "MET-AK" şirkəti həm də ticarətlə məşğuldur və elektrik qaynaqlı polad boruları idxal edib ticarətini həyata keçirir. Bu ildən bu məhsulların istehsalına başlanması idxal zamanı meydana gələ biləcək potensial riskləri (məsələn, idxal rüsumunun artırılması) minimumlaşdırmaq üçün olduqca vacibdir".
"Plastik məmulat istehsalının əsasını təşkil edən qəliblərin (press-formaların) müəssisənin özü tərəfindən istehsal edilməsi, şirkətin bazarda möhkəmlənməsinə səbəb olmuş və əsas rəqiblərin bazardan sıxışdırıb çıxarmasına kömək etmişdir",- "MET-AK"-dan bildirilib.
İSTİQRAZ BURAXARAQ BİZNESİNƏ VƏSAİT CƏLB EDİR
Xəbər verdiyimiz kimi, 25 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Emissiya həcm 2 000 000 AZN olmaqla, hər birinin nominal qiyməti 1000 AZN olan 2000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 1 il (365 gün), faiz dərəcəsi (illik) 14 %, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir (90 gün).
Müəssisə fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutur.
"MET-AK" şirkəti 100% Kərimov Alik Kainbəy oğluna məxsusdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
