“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi”

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir. “Biz bu istiqamətdə hələ də işləyirik. Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək. Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir.
Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir. Son 15 ildə əhalimiz 1,5 milyon artıb. Ötən il 177 yeni daimi iş yeri açılıb. Bu bizim siyasətimizi nümayiş etdirir”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, neft və qaz çox iş yeri yaratmır: “Buna görə də həmişə təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə baxmalıyıq. Biz islahatlar keçirdik və bu islahatlar əhali tərəfindən müsbət qəbul olunub. Onlar ağrılı islahatlar olmadı. Çünki bəzən radikal islahatlar edəndə, ilk mərhələ ağrılı olur. Bizim dövlət dəstəyinə ehtiyacı olanlar üçün sosial paketimiz var. Başladığımız dərin və hərtərəfli iqtisadi islahatlar siyasətini davam etdirəcəyik”.
İ. Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığı dəstəkləmək üçün xüsusi fond mövcuddur. Onun sözlərinə görə, bu fond vasitəsilə son 10 ildə özəl sektora 2 milyard dollar güzəştli kredit verilib: “Azərbaycanda xüsusilə regional inkişafa xüsusi diqqət ayırmışıq. Hazırda regional inkişafla bağlı üçüncü proqram həyata keçiririk. Bu proqramın əsas şərtlərindən birincisi infrastrukturdur. Son 15 ildə kənd yolları da daxil olmaqla, 12 min kilometrdən çox yol çəkmişik”
“Azərbaycan artıq Avropa İttifaqının bəzi ölkələrinin neft təminatçısıdır”
"Enerjin layihələrimiz bizim üçün və region üçün çox vacibdir. Bizim təşəbbüs etdiyimiz enerji layihələri regionun enerji xəritəsini dəyişib”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.
“Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”, - deyə o vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
