Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması müzakirə ediləcək
İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidentinin son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər etdiyini, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətyini vurğulayıb.
Bildirilib ki, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.
Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey bildirib ki, artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Görüşdə həmçinin, Avropa İttifaqı-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















