“AzerTelecom” müasir telekommunikasiya xidmətləri təqdim edir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən "Marja"ya verilən məlumata əsasən, “AzerTelecom” MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.
Hazırda müştərilər “AzerTelecom” MMC tərəfindən təqdim olunan internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, SİP telefoniya, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlərdən faydalana bilərlər. Şirkətin təqdim etdiyi geniş çeşid telekommunikasiya xidmətləri müştərilərin ehtiyaclarını tam və vaxtında ödəməklə yanaşı həm də onların fərqli istək və ehtiyaclarına uyğun olan xidmət paketi yaratmağa da şərait yaradır.
Eyni zamanda “AzerTelecom” MMC müştərilərin müasir standartlara cavab verə biləcək İKT xidmətləri ilə təmini üçün bir sıra innovativ layihələr də reallaşdırır. Bu layihələr həm də dünya telekommunikasiya bazarında olan yeniliklərin və müasir yanaşmaların ölkəmizdə tətbiqinə imkan verir. “AzerTelecom” MMC öz xidmətlərini müasir və dayanıqlı şəbəkəsi üzərindən təqdim edir. Şirkətin sahib olduğu bu şəbəkə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. “AzerTelecom” MMC-nin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir.
Qeyd edək ki, Azərbaycanın dinamik inkişaf edən telekommunikasiya operatoru “AzerTelecom” MMC 2008-ci ildə təsis edilib. Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından, Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 12 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















