Ağıllı telefon bazarında rekord tənəzzül
Qlobal ağıllı telefon bazarı 2017-nin son rübündə sərt azalıb.
Qlobal ağıllı telefon bazarı, bu ilin son rübündə istifadəçilərin telefonlarını daha uzun müddət istifadə etmələri səbəbilə, həmçinin Apple-ın satışlarındakı azalmanın da təsiri ilə 9 faiz geriləmə qeyd edib.
"Marja" "The Guardian"a istinadən xəbər verir ki, bu geriləmə ağıllı telefon bazarı tarixinin ən böyük tənəzzülü kimi qeyd edilib.
"Strategy Analytics" məlumatlarına görə, qlobal ağıllı telefon bazarı 2017-nin dördüncü rübündə 400,2 milyon ədəd olub. 2016-nın son rübündə bu rəqəm 438,7 milyon ədəd olaraq qeyd edilmişdi.
"Strategy Analytics"in direktoru Linda Sui, bu tənəzzülün ağıllı telefon bazarı tarixində ən böyük geriləmə olduğunu deyib. Suiyə görə, Çin bazarındakı böyük geriləmə, kampaniya keçirən operatorların azalması və istehlakçının diqqətini çəkən daha az modellərin təqdim edilməsi bu tarixi azalmaya səbəb olub.
Apple tərəfindən baxanda, iPhone sifarişləri bir əvvəlki illə müqayisədə 5 milyon geriləsə də, iPhone X-ın yüksək qiymətləri ilə şirkətin gəliri tənzimlənib.
Samsung və digər ağıllı telefon markaları da daha bahalı telefonlar barəsində Apple-a qoşulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)





