Tütünçülük problemlər içindədir
"Azərtütün" MMC-nin mövcud potensialı araşdırılıb və hazırda istehsal imkanlarının artırılması üzərində iş aparılır.
Bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirə çıxışı zamanı bildirib.
"Şəki-Zaqatala iqtisadi zonasında yetişdirilən "Virciniya" tütünün odla qurudulması üüçün avadanlığa olan tələbatın tam qarşılanması nəzərdə tutulur. Bu sahədə problemlər hələ də qalır. Biz hər şey etməliyik ki, gələcəkdə bu sahədə problem olmasın. Bu, ilk növbədə keyfiyyət problemidir. Ölkə başçısı çıxışı zamanı da qeyd etdi ki, tütünçülüyə çox böyük dövlət dəstəyi olacaq, qurutma kameraları ilə bağlı problem həll olunacaq. Amma dövlət bunu edirsə, biz də öz növbəmizdə bunun bəhrəsini göstərməliyik. Bizdə tütünçülükdə problem elə əkindən, yığımdan başlayır. Fermerləri maarifləndirmək, onlarla fərqli qaydada iş qurmaq lazımdır. Yaxşı fermerləri dəstəkləyib, işləməyən, vəsaitləri qaytarmayan və ya qaytara bilməyən fermerlərə təsir etmək üsulları və mexanizmləri fikirləşməliyik. Qurutmada da eyni problemlər var. Bütün bu problemlərin nəticəsi olaraq bu gün biz keyfiyyət üzrə istədiyimiz nəticəni ala bilmirik. Keyfiyyətdə nəticəni ala bilmədiyimizdən təbii ki, satışda həm qiymət, həm də vaxt baxımından problem yaşayırıq. Məhsuldarlıq da ciddi problemlər var", - deyə K.Nəbizadə əlavə edib.
K.Nəbizadə qeyd edib ki, tütün istehsalının maya dəyəri yüksəkdir və hətta, anormal rəqəmdir.
ASC-nin baş direktoru tütün istehsalçılarına işlərini optimallaşdırmaqla bağlı tapşırıqlarını verib.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
34 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















