AGBank “Marja”nı hədələdi

“AGBank” ASC Marja.az portalında yayımlanmış “AGBank”-da fantastik zərər” başlıqlı xəbərə münasibət bildirib.
“AGBank” ASC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov adından “Marja”ya daxil olmuş məktubda bildirilir ki, 2016-cı ilin maliyyə hesabatlarına əsasən hazırlanmış yazıda başlığın bu şəkildə verilməsi bizə qarşı açıq-aşkar qərəzli mövqedə olduğunuzun göstəricisidir:
-“Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, Sizin tərəfdən Bankın açıqladığı məlumatlara bu şəkildə yanaşılması ilk dəfə deyil. Qeyd etmək istərdim ki, ölkədə fəaliyyət göstərən digər bankların hesabatına dair məlumatlar sadə “filan bankın açıqlaması” başlığı ilə portalınızda yerləşdirildiyi halda, bizim bankın açıqlamalarına xüsusi neqativ başlıqlar seçilir, subyektiv don geyindirilir. “AGBank-da problemli kreditlərdə ikiqat artım”, “Məşhur agentlik “AGBank”-ın reytinqini “neqativ”-ə salıb”, “AGBank-dan kiçilmək qərarı” və s. başlıqlar da bu silsilədəndi. Portalınızda yerləşdirilən sonuncu ““AGBank”-da fantastik zərər” yazı ilə bağlı bankın rəhbəri kimi burdan Sizə və iqtisadi ekspertlərə səslənərək soruşmaq istərdim:
Bank sektorunun cari vəziyyətini nəzərə alaraq “fantastik” ifadəsi hansı rəqəmlərə şamil edilir və hansı banklarla müqayisədə? Bu cür ifadəni istifadə etmək üçün, ən azı bütün banklar öz açıqlamasını verməli və bundan sonra “hörmətli iqtisadçı ekspert” bu rəqəmləri ardıcıllıqla yerləşdirib, bankların renkingini təşkil edərək “fantastik” və digər bu kimi ifadələrinə ağlabatan başlıq verə bilər.
Onu da əlavə etmək istəyirik ki, 23.01.2017-ci il tarixində yerləşdirdiyiniz ““AGBank” da fantastik zərər” başlıqlı sonuncu yazını 24.01.2017-ci il tarixində sizinlə müzakirə etdikdən sonra, manşetə qoyaraq yenidən yaymağınız və nümayəndəmizi daha əvvəl dərc olunan materialları təkrar dərc etməyə dair xəbərdarlığınızı, biz hədə, müstəqil və peşəkar mediaya uyğun olmayan hərəkət kimi qiymətləndiririk.
Heç kimə sirr deyil ki, hazırda ölkənin bank sektorunda vəziyyət ürəkaçan deyil. 2016-cı ildə ölkədə bir sıra banklar fəaliyyətini dayandırdı, hazırda fəaliyyət göstərən banklar isə bu çətin durumdan xilas olmağa çalışırlar. AGBank da daim bazarda öz dayanıqlı imici və şəffaflığı ilə tanınıb və tanınmaqdadır. Aparılan uğurlu fəaliyyət nəticəsində Bank ötən il nizamanamə kapitalını artırdı və hazırda Azərbaycanın aparıcı banklarından biri olaraq, ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirməkdədir.
Sizdən AGBank və onun fəaliyyətinə kölgə salan məlumatların neqativ formada təqdim etməməyi bir daha xahiş edirik. Bizimlə bağlı informasiya siyasətini bu kursda davam etdirəcəyiniz təqdirdə məsələnin Mətbuat Şurasında müzakirəyə çıxartmağı və mübahisənin mövcud qanunvericiliyin imkan verdiyi qaydada həll etməyi düşünürük. Kütləvi İnformasiya Vasitələri Haqqında Qanunun tələblərinə uyğun olaraq, təqdim etdiyimiz məktubu AGBankın mövqeyi kimi qəbul edib, “Marja.az portalı AGBanka qarşı qərəzlidir” sərlövhəsi ilə manşetdə dərc etməyi xahiş edirik".
MARJA-NIN MÖVQEYİ
Marja.az saytı olaraq bildiririk ki, xəbər başlıqlarının müəyyənləşdirilməsi müstəsna olaraq redaksiyanın hüququdur, Bankın 35,6 milyon manatlıq zərərinə “fantastik zərər” deyilə bilər. Həmçinin Marja.az xəbər saytıdır, biz sayt olaraq tərəfimizdən hazırlanan hər bir xəbərin daha çox oxunmasında maraqlıyıq, bu media biznesinin tələblərindən biridir. Bundan başqa, KİV reklam müqaviləsi əsasında "Sİfarişçi"nin xəbər, press-reliz və müsahiblərini onun istədiyi şəkildə yayımlaya bilər.
Təəssüf ki, “AGBank” xəbərin məzmununa şərh verə bilmir. Biz Bankdan mövcud vəziyyəti daha doğru şəkildə açıqlayacağını gözlədiyimiz halda, medianı hədələməsi yaxşı hal deyil. Hesab edirik ki, xəbər “AGBank”ın xoşuna gəlmədiyi üçün Marja.az-ı hədələyir və onun işinə qarışmağa çalışır. Marja.az “AGBank”a dözümlülük nümayiş etdirməyi tövsiyə edir.
Hörmətli oxucular "AGBank"ın xoşuna gəlməyən xəbəri aşağıdakı linkdən oxuya bilərsiniz:
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
