“AGBank”a yeni investor cəlb edilə bilər
“AGBank” ASC-nin nizamnamə kapitalının 7 milyon manat artırılması Banka əlavə vəsait qoyuluşu ilə həyata keçiriləcək. Başqa sözlə, kredit təşkilatının öhdəliklərinin 1-ci dərəcəli kapitala çevrilməsi gözlənilmir.
Bu barədə “AGBank”dan bildirilib.
Məlumatda həmçinin deyilir ki, kapital artımı üçün hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd yeni səhm kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Bununla belə, səhmlərin emissiya edilməsi prosesində mövcud səhmdarlara üstünlük hüququ tanınacaq. Əgər bütün səhmlər satılmazsa, Banka yeni səhmdar cəlb edilə, yəni səhmlər kənar investora satıla bilər.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 milyon manat qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 milyon manata qədər artırılması gözlənilir.
Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin 33,57%-i onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova (MŞ-nın üzvü), 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur.
Məlumat üçün bildirək ki, bankın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılmışdı. Lakin Bank ötən iki il ərzində böyük məbləğlərdə zərərlər etdiyindən məcmu kapital minimum tələb olan 50 milyon manatdan aşağı düşmüşdür. Qanunvericiliyə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankın lisenziyası ləğv edilə bilər.
"AGBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb. Nizamnamə kapitalının 7 milyon manat artırılmasından sonra Bankın məcmu kapitalı 50 milyon manatı üstələyəcəkdir.
© Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)




.jpg)





