Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti qeydiyyata alınıb
Fevralın 16-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradılacağını diqqətə çatdırıb. Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Qeyd edilib ki, artıq “ATEF Sənaye Kompleksi” MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb.
Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək. Niyazi Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Hacıqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Respublikası Prezidentinin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Hacıqabul Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.
Sahibkarlar Hacıqabul Sənaye Məhəlləsinə maraqlarını ifadə edib, reallaşdırılmasını nəzərdə tutduqları layihələr barədə məlumat verib, ölkədə sahibkarlığın inkişafına, onlara yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 7 d. əvvəl
-
-
17 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
26 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 54 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Ən çox oxunanlar
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır




















