"Dünya Ticarət Təşkilatı bir fəlakətdir"
ABŞ Prezidenti Donald Trump, "Ümumdünya Ticarət Təşkilatı (ÜTT) bir fəlakətdir. Bizim ticarətdə yaxşı olmağımızı mümkünsüz hala gətirir",- deyib.
"Marja" xəbər verir ki, Trump, Ağ Evdə qubernatorlar üçün təşkil olunan toplantıda Amerika iqtisadiyyatını qiymətləndirib.
2016-cı ilin Noyabr ayında keçirilən prezident seçkilərindən bu yana ölkədə 3 milyon nəfərə məşğulluq yaradıldığını bildirən Trump, iqtisadi artımın da sonuncu rüblərdə 3%-in üzərində olduğunu xatırladıb.
Trump, bütün Amerikalıların bu il qüvvəyə minmiş vergi güzəştlərindən istifadə etdiyini dilə gətirib.
Digər tərəfdən, ölkəsinə ticarət sahəsində ədalətli rəftar edilmədiyini qeyd edən Trump, ABŞ-ın, başda Çin, Kanada və Meksika olmaqla ən böyük ticarət tərəfdaşlarının tətbiq etdiyi baryerlər səbəbindən çox pul itirdiyini irəli sürüb. Trump, "Məsələn, Meksikaya ildə 130 milyard dollar itiririk", deyib.
ABŞ-ın itkilərinə digər ölkələrin deyil, keçmiş rəhbərliklərin məsuliyyət daşıdığını deyən Trump, Çinin Dövlət başçısı Şi Cinpingə böyük hörmət bəslədiyini söyləyib.
ÜTT-ni sərt bir şəkildə tənqid edən Trump, "ÜTT bir fəlakətdir. Bizim ticarətdə yaxşı olmağımızı mümkünsüz hala gətirir. Məhkəmələri uduzuruq, hakimlərimiz yoxdur",- deyə bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)







.jpg)




