"Qarşıdakı illərdə rəqəmsal xidmətlərə tələbat artacaq"
Bu gün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətləri, o cümlədən elektron pul, internet və mobil bankçılığı təşviq etmək üçün regional konfrans keçirib.
Beynəlxalq Maliyyə Korporasiyasından verilən məlumata görə, tədbir IFC tərəfindən əhalinin və kiçik müəssisələrin yoxsulluğa qarşı mübarizə və iqtisadi artımın sürətləndirilməsi üçün əhəmiyyətli olan maliyyə xidmətlərinə çıxışına kömək etmək məqsədi daşıyan daha geniş proqramın tərkib hissəsidir.
"Elektron və Rəqəmsal Maliyyə Xidmətləri: Müvəffəqiyyət naminə birgə yol" adlı konfransda maliyyə qurumlarından, texnoloji və maliyyə şirkətlərindən 130-dan çox rəhbər şəxsləri iştirak edib. Tədbir rəqəmsal maliyyə sektorunda yenilik, çətinlik və imkanları müzakirə etmək üçün müstəvi təmin edəcək.
"Hazırda Mərkəzi Asiyada bir çox insan və kiçik biznes maliyyə təsisatlarından fiziki olaraq uzaq yerləşmələri səbəbindən rəsmi maliyyə sistemindən təcrid vəziyyətdədirlər. Mütəxəssislər qeyd edir ki, rəqəmsal maliyyə xidmətləri həmin şəxslərə ödəmələr etməkdə, əmanət hesabları açmaqda və kreditlər almaqda yardımçı ola bilərlər", - deyə məlumatda bildirilib.
Dünya Bankının maliyyə, rəqabət qabiliyyətliliyi və innovasiya üzrə qlobal təcrübə üzrə direktoru Rolf Behrndt qeyd edib ki, Beynəlxalq Maliyyə Korporasiyası innovativ və dayanıqlı maliyyə xidmətlərinin inkişafını dəstəkləyir: "Maliyyə xidmətlərinin çatdırılması sahəsində mobil texnologiyalar və yeni biznes modelləri böyük sayda aşağı gəlirli əhali, mikro sahibkarlar, kiçik biznes və kənd sakinləri üçün əsas maliyyə xidmətlərinə çıxış təmin edə bilərlər. Daha uzun perspektivdə bu, iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və iqtisadi artıma kömək edəcəkdir."
Məlumatda bildirilib ki, qarşıdakı illərdə rəqəmsal xidmətlərə tələbatın artması gözlənilir. Smartfonların qiyməti tədricən aşağı düşdüyü bir vaxtda inkişaf edən ölkələrdə yaşayan insanların 2020-ci ilə qədər artıq 60%-nin internetə çıxış əldə etməsi gözlənilir (2015-ci ildə bu rəqəm 44% olub).
Konfransda maliyyə qurumlarının rəqəmsal xidmətlərdən istifadə yolları, habelə yeniliklərin müştəri sayının artırılmasına köməyi və rəqəmsal maliyyə xidmətlərinin inkişafını təşviq etməklə dövlətlərin maliyyə inkluzivliyinə dəstək imkanları müzakirə edilib.
Tədbir IFC-nin Azərbaycan, Qırğızıstan və Tacikistanda həyata keçirdiyi Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsinin bir hissəsidir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
29 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 48 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər




















