İsrailin məhşur tibb mərkəzinin Gəncədə filialı açıldı
İsrailin məhşur "Xorev" tibb mərkəzinin Gəncə şəhərində "Xorev- Gəncə" Tibb Mərkəzi açılmışdır.
"Marja" xəbər verir ki, Xorevdəki mərkəz bütün dünyaca məşhurdur. İsrailin şimalında, gözəl təbiəti olan Xayfa şəhərində yerləşən mərkəz 30 ilə yaxındır ki, fəaliyyət göstərir və artıq dünyada tibbin bir sıra sahələri üzrə öz sözünü deyə bilmişdir. Bu illərdə nəinki milyonlarla israilli, həm də yüz minlərlə xarici turist mərkəzin xidmətlərindən istifadə edərək öz sağlamlıqlarını bərpa etmişlər. Mərkəzin 53 şöbəsində ən yüksək səviyyəli mütəxəssislər çalışır ki, onların da adları dünyaca məşhurdur. Mərkəzin özünün Texnion Politexnik institututu da var və bu, hər cür tibb avadanlığının hazırlanmasına, müasir texnologiyanın tətbiqinə imkan yaradır və nəticədə mərkəz istədiyinə nail olur. Burada 300-dən çox professor çalışır və dünyada tanınır. Məsələn, hepatoloqlar Elimelex Sukerman, Rou, kardioloq Lyis, ortoped Daniel Rays, onkoloq Avi Koten və onlarla başqaları milyonların sevimlisinə çevrilib.
Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Xorev” Tibb Mərkəzinin Baş həkimi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq gəncəli həkimlərə İsrailin “Xorev” tibb mərkəzində təcrübə keçmək imkanı yaradacaq. Həmçinin İsrailli həkimlər Gəncədəki klinika və xəstəxanalara baş çəkərək, onların fəaliyyəti, aparılan araşdırma və tətqiqatlarla tanış olacaqlar.
"Xorev-Gəncə" Tibb Mərkəzində travmatoloq, endokrinoloq, terapevt, nevropotoloq və digər ixtisasdan olan həkimlər sakinlərə xidmət göstərəcəklər. Bütün müasir avadanlıqlarla təchiz olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsrailin “Xorev" Tibb Mərkəzinə də göndərişlər veriləcək.
Gəncə şəhərinə səfərləri çərçivəsində 'Xorev' Tibb Mərkəzinin nümayəndələri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında və yeni istifadəyə verilən “Xorev-Gəncə” Tibb Mərkəzində 100-dən çox sakini müayinə edib, onlarla maarifləndirici söhbətlər aparıblar.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
-
25 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 44 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















