Gürcüstanda 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Nümayədə heyətinə İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun, “Azərbaycan Dəmir Yolları” QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.
Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib.
Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkandan daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: “Əsas məqsəd Bakı-Tbilis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”.
Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Ötən 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















