Stressi necə idarə etmək olar?
Stresslə qarşılaşdığınız vaxt zəif hiss etməyiniz tamamilə normaldır. Ancaq bu son deyil, hər zaman çıxış yolu var. Düşüncələrinizə, hisslərinizə, həyat tərzinizə və müəyyən hadisələri qəbul etmək üsulunuza nəzarət edərək vəziyyətin ağırlaşmasına mane ola bilərsiniz.
Stressin mənbəyi nədir?
Stressin öhdəsindən gəlməyin ən yaxşı yolu onun səbəblərini və mənbəyini müəyyənləşdirməkdir. Daha sonra isə, onu məğlub etmək üçün aşağıdakı taktikaları tətbiq edə bilərsiniz:
1. Mütəmadi olaraq, fiziki fəaliyyətlə məşğul olun.
Hərəkətə keçin. Stressin öhdəsindən gəlmək üçün fiziki fəaliyyətin gücündən istifadə edin. Qaçmaq, jim etmək və s. kimi idman hərəkətləri əhval ruhiyyənizi qaldıracaq; davamlı fiziki fəaliyyət stressə səbəb olan elementləri azaldır. Xüsusilə, işdəki əsəbinizi, məyusluğunuzu və gərginliyinizi aradan qaldırır. Buna görə də, gün ərzində azı 30 dəqiqə məşq edin.
2. Sosiallaşmağa meyilli olun
Sosial kommunikasiya stressi azaltmağa kömək edir. Adətən, sərbəst danışa biləcəyiniz bir insan ilə söhbət etdikdən sonra özünüzü daha rahat hiss edərsiniz.
Bədənimizin müxtəlif hissələri bir-biri ilə əlaqəlidir. Söhbət zamanı üzümüz, qulağımız, ürəyimiz və mədəmiz beynimizlə harmoniyada çıxış edir; Buna görə də, kimsə bizi dinlədikdə, daha tez sakitləşirik. Beləliklə, insanlarla aktiv ünsiyyət qurmağa çalışın. Bu həyatınızdakı daxili və xarici narahatlıqların öhdəsindən gəlməkdə sizə kömək edəcək.
3. Lazımsız stressi aradan qaldırın
Doğrudur, bəzi stress yaradan hadisələri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Buna baxmayaraq, proqnozlaşdırmanın mümkün olduğu hallarda, onları vaxtından əvvəl aradan qaldırmağa çalışın.
Əgər son vaxtlar mütəmadi olaraq, rəhbərliklə və ya digər insanlarla aranızda problemlər yaranırsa, belə hallarda vəziyyəti və ya münasibətinizi dəyişdirməyə çalışın.
Hal-hazırda nə edə biləcəyinizi müəyyənləşdirin. Stress adətən, həddindən artıq işlədikdə və ya şəxsi həyatınıza vaxt ayırmadıqda yaranır. Yadınızda saxlayın, peşəkar kariyeranız əhəmiyyətli ola bilər, ancaq şəxsi həyatınız daha vacibdir. Buna görə də, bəzi hallarda “yox” deməyi öyrənin və sizi xoşbəxt edən məsələlərə vaxt ayırın. Sizin üçün problem və narahatlıq yaradan insanlardan mümkün olduğu qədər uzaq dayanın. Ətrafınıza diqqət yetirin; məsələn, xəbərlər sizi narahat edirsə, televizoru söndürün, yaxud işə gedərkən istifadə etdiyiniz yolda daim tıxac olursa, daha az istifadə olunan yola üstünlük verin. Gördüyünüz kimi, həyatınızda rahatlıqla öhdəsindən gələ biləcəyiniz məsələlər də mövcuddur.
4. Vəziyyəti dəyişdirin
Vəziyyətdən yayına bilmirsiniz? Onda onu dəyişdirin! Buraya ünsiyyət bacarıqlarınız və həyatınızda qarşılaşdığınız müxtəlif vəziyyətlər də daxildir.
Qəlbinizin səsini dinləyin. Bəzi hallarda stress ürəyinizin səsini dinləməməkdən irəli gəlir. Əgər hər hansı bir insan sizi narahat etməyə çalışırsa, narahatlıqlarınızı ona bildirin, ancaq bunu hörmət daxilində edin. Məsələn, imtahandan əvvəl materiallara bir dəfə göz gəzdirmək istəyirsinizsə, sizinlə söhbət üçün yanınıza gələn dostunuza bunu açıq şəkildə deyin.
Güzəştə getməyi öyrənin. Hər hansı bir insanın dəyişməsini istəyirsinizsə, ona öz hərəkətlərinizlə nümunə olun. Bəzi məqamlarda güzəştə getmək stressi aradan qaldırmağın ən yaxşı yollarındandır.
Bundan başqa, vaxtınızı düzgün bölməyi öyrənin. Fəaliyyətlərinizi əvvəlcədən planlaşdırın. Bu, sizə vəziyyətdən asılı olmayaraq, məsələlərə sakit və rasional yanaşmağa kömək edəcək.
5. Stress yaradan məsələlərə uyğunlaşın.
Stressə qarşı ən güclü müqavimət göstərmək xüsusiyyəti zehninizə məxsusdur; buna görə də, təzyiq şəraitində gözləntilərinizi və münasibətinizi necə dəyişdirəcəyinizi öyrənsəniz, stressə asanlıqla qalib gələ bilərsiniz. Pozitiv olun. Elə düşünmürsünüzmü ki, tıxaca düşmək sevdiyiniz mahnıları dinləmək üçün əla vaxtdır? Narahatlıq və əsəb keçirmək əvəzinə vəziyyətlə bağlı münasibətinizi dəyişdirərək özünüzü sakitləşdirməyə çalışın. Hari Truman deyib: “Həyatda böyük uğurlar qazanan insanların həyat hekayələrini oxuyanda, ilk zəfərlərini özlərinə qarşı qazandıqlarını görürəm.”
Uğursuzluqla qarşılaşdıqda bu uğursuzluq sizi hədəfinizdən yayındırmasın. Bir çox məşhur şəxsiyyətlər həyatda çoxsayılı bədbəxtlik və uğursuzluqlarla qarşılaşıb, ancaq buna baxmayaraq, heç vaxt vaz keçməyib və nəticədə uğur qazanıblar. “Hər şeyə rəğmən bacaranlar” kitabında adları çəkilən insanların hər biri bu və ya digər şəkildə müvəffəqiyyət qazanan insanlardır.
Stressin həyatınızdakı yaxşı şeyləri məhv etməsinə icazə verməyin və ona qalib gələrək xoşbəxt olun!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
7 saat əvvəl
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir - ŞƏRTLƏR
-
8 saat əvvəl
Azərbaycan Dövlət Neft Fondu 200 ton qızılının 22 tona yaxınını satıb
-
8 saat əvvəl
İri bankın 10 milyon manatlıq istiqrazları ticarətə buraxılır - İLLİK 10% və 9% GƏLİR TƏKLİFLƏRİ
- 8 saat əvvəl
-
8 saat əvvəl
"SOCAR Georgia Petroleum": Gürcüstan dəmir yolu infrastrukturunu genişləndirməlidir
-
8 saat əvvəl
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir - ŞƏRTLƏR
İri bankın 10 milyon manatlıq istiqrazları ticarətə buraxılır - İLLİK 10% və 9% GƏLİR TƏKLİFLƏRİ
"SOCAR Georgia Petroleum": Gürcüstan dəmir yolu infrastrukturunu genişləndirməlidir
“Unibank”da idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
Ən çox oxunanlar
Trampdan “vurub məhv edin” əmri
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Geosiyasi gərginliklər Azərbaycan fondunu da "vurub" - Aktivləri fevral və martda 6 milyard dollar "əriyib"
Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma














.jpg)





