Quraqlığa davamlı bitki və ona qulluq üçün ixtisaslaşdırılmış texnikalar
Son dövrlər ən çox maraq doğuran və hətta kənd təsərrüfatı ilə bağlılığı olmayan insanların ən çox kökləndikləri sahələrdən biri sarımsaq və noxud yetişdirilməsidir. Sarımsaq yetişdirilməsinə dair “Sminagro” şirkətinin mütəxəssisləri əvvəlki analitik məqalələrində oxucalara ətraflı məlumat veriblər. Bu araşdırmada isə mütəxəssislər noxud bitkisinin yetişdirilməsi üçün istifadə olunan aqreqat və texnikalar, eləcə də biznes analizi üçün vacib məlumatları fermerlərlə bölüşəcək.
Bu bitki Azərbaycanın quraq regionlarında yağışdan asılı olaraq yetişdirilir. Ancaq qışın soyuğuna qarşı davamlı deyil. Buna görə də Azərbaycanda yazın əvvəllərində əkilir. Yazda məhsul əkiləndən sonra havanın və torpağın temperaturu getdikcə artdığı üçün noxudun formalaşması və inkişafı sürətlənir. Həddən artıq rütubət və yüksək temperatur dənələrin əmələ gəlməsinə imkan vermir. Çiçəklənmə və dənənin əmələ gəlmə mərhələsində yağıntının miqdarının həddəndən artıq yüksək olması həm bitkinin inkişafına mənfi təsir göstərir, həm də xəstəliklər üçün şərait yaradır. Vegetasiya dövründə az yağıntı bitkinin inkişafını sürətləndirir.
Respublikamızda hal-hazırda noxud, 5000 hektara yaxın ərazidə becərilir. Noxudun Azərbaycandakı vətənini Cəlilabad adlandırsaq yanılmarıq. Belə ki, rayon üzrə ümumi noxud əkilən sahələrin ərazisi 3500 hektardır. Ancaq Cəlilabadla yanaşı, quraqlığa davamlı olduğu üçün Aran regionunun müxtəlif rayonlarında bu bitkiyə olan maraq getdikcə artmaqdadır. Noxud əkini zamanı torpağın əkinə tam hazır vəziyyətə gətirilməsi üçün müxtəlif torpaq işləmə aqreqatlarından istifadə olunur. Biz bu məqaləmizdə sırf əkin və yığım aqreqatlarının texniki xüsusiyyətlərinə və işləmə prinsiplərinə diqqətinizi yönəltmək istərdik.
Noxud bitkisinin bir hektar üçün məhsuldarlığı əkilən toxumun növündən və aqrotexniki qulluqdan asılı olaraq 4.5-5 ton arasında dəyişir. Bir hektar sahədə noxud əkini üçün təxminən 80-100 kq noxud toxumu səpilir. Noxud toxumunun 1 kq-nın qiyməti 5 manat təşkil edir. Noxudun satış qiyməti isə müxtəlif meyarlardan asılı olaraq 3.5-5 manatdır. Sulama problemi olan bölgələrdə və sahələrdə fermerlərimiz noxudu çox rahat şəkildə əkib, becərə bilərlər. Quraqlığa davamlılığı ilə seçilən noxuda ciddi bazar tələbi formalaşmışdır.
Noxud əkimi üçün noxudla yanaşı, digər dənli və texniki bitkiləri əkə bilən gübrəsəpənli mibzərlərdən (selka) istifadə edilir. Xüsusi sürət qutusunun hesabına dişli çarxlar çox yavaş hərəkət edəndə də fırlandığı üçün və toxumlar səliqə ilə əkilir. Mexanizmlər aşınmaya qarşı davamlıdır, paslanmayan və qırılmayan plastikdən hazırlanmışdır. ÖZDUMAN şirkətinin istehsalı olana aqreqatın 19,21,23,25,27,29,31 və 33 bıçaqlı modelləri mövcuddur. Noxud əkən aqreqatın hərəkətə gətirilməsi üçün 100 at gücündə traktora ehtiyac vardır.
Noxudun torpaqdan yığılması respublikamızda əl əməyinə əsaslanır ki, bu da həm bitkinin zədələnməsinə, həm
də vaxt itkisinə səbəb olur. Torpaqdan yığılan noxud bir müddət quruması üçün ərazilərdə cərgə boyunca yığılır. Türkiyənin AKIN Sanayi şirkətinin istehsalı olan bu aqreqat traktorun kardanı vasitəsilə hərəkətə gələrək noxudu torpaqdan yığır və hərəkət boyunca cərgə şəklində onu torpağa düzür. Aqreqatdan istifadə olduqca rahat olmaqla yanaşı, texniki baxımdan sadə konstruksiya və ehtiyat hissələrdən ibarət olması onun istismar müddətini uzadır. Aqreqatın gündəlik iş həcmi 1.5-2 hektardır. Aqreqatın iki növü fermerlərə təklif olunur. Şəkildə göstərilən növdə heç bir əl əməyinə ehtiyac olmadan proses avtomatik baş verir. İkinci model görünüş baxımından bu modelə bənzəsə də torpaqdan yığılmış noxud kollarını insan əməyi vasitəsilə aqreqatın üstündən kənarlaşdırıb, cərgə formasında düzmək lazım gəlir.
Noxud kolları ərazidə qurudulduqdan sonra kolların ərazidən toplanması, dənələrin kollardan ayrılması və təmizlənməsi ERKOÇLAR şirkətinin istehsalı olan Master TP01 adlı traktora qoşulan mini kombayn vasitəsilə həyata keçirilir. Bu kombaynın hərəkətə gətirilməsi üçün minimum 70 at gücü tələb olunur. Kombaynın gündəlik iş görmə qabiliyyəti 4.5-5 tondur. Kombayn noxudu zədələmədən koldan ayırır və 750 litrlik bunkerinə yığır. Bunkerdə yığılmış noxud dənələri bunkerin hərəkətə gəlməsi ilə yük maşınlarına tökülür və proses eyni qaydada davam edir. Master TP01 traktorun kardanına birləşdirilərək hərəkət gətirilir.
Dənələrdən ayrılmış kolların sovrularaq əraziyə və ya kombayna birləşdirilmiş örtülü xüsusi lapedə doldurulması da mümkündür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
10 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 10 saat əvvəl
-
11 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
11 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
11 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq























