Ən pis vəziyyət "Standard Insurance"dadır - 7 ŞİRKƏTDƏ GERİLƏMƏ
Bu ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb, 1 şirkət ("Naxçıvan Sığorta") isə ötən ilin yanvar-fevral aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ötən ay yığımları ən çox artan şirkət "Azərbaycan Sənaye Sığorta"dır. Bu şirkət hesabat dövründə 1,484 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "AXA MBASK"dır. Bu şirkətin daxilolmaları ötən 2 ayda 5,347 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,2% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Standard Insurance"dadır. Bu şirkət 2 ay ərzində 1,005 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 68,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yol Sığorta" şirkətindədir. Bu şirkətin yığımları 7,65% azalaraq 4,201 milyon manata düşüb.
16 ŞİRKƏTİN ÖDƏNİŞLƏRİ ARTIB
Bu ilin yanvar-fevral ayının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb və 1 şirkət ("Naxçıvan Sığorta") 1 il bundan əvvəl bazarda olmadığı üçün isə onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta"dır. Bu şirkət hesabat dövründə 324 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 75,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə "AXA MBASK"dır. Bu şirkətin ödənişləri ötən 2 ayda 1,737 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,9% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta"dadır. Bu şirkət 2 ay ərzində 1,025 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,65% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" şirkətindədir. Bu şirkətin ödənişləri 68,1% azalaraq 5,461 milyon manata düşüb.

2017-ci ilin yanvar fevral ayları üzrə hesablanmış sığorta haqları | ||
(manatla) | ||
Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 1 077 119,37 | 1 075 056,18 |
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 4 548 948,82 | 1 688 151,43 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 1 342 614,86 | 529 868,48 |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 4 644 734,47 | 17 135 831,76 |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 5 083 208,39 | 2 319 544,12 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 3 019 521,07 | 1 242 319,23 |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 5 074 193,00 | 1 709 357,00 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 379 468,04 | 464 067,29 |
“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 0,00 | 1 335,05 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 173 777,85 | 60 946,59 |
“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 20 503,48 | 12 738,02 |
“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 0,00 | 166 749,85 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 362 969,60 | 56 608,15 |
“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 4 243 487,49 | 362 164,93 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 12 549 975,57 | 6 787 401,47 |
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 44 234 193,85 | 6 119 304,09 |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 3 126 218,54 | 2 320 381,48 |
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 55 191,43 | 58 941,67 |
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 3 186 646,64 | 1 260 281,13 |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 834 775,07 | 471 899,80 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2 543 908,89 | 7 160,00 |
“İPƏK YOLU SIĞORTA” ASC | 7 287 673,11 | 4 314,55 |
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 7 809,31 | 4 100,00 |
YEKUN | 103 796 938,85 | 43 858 522,27 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
7 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!






















