Asiya iqtisadiyyatlarında iqtisadi artım müşahidə olunur

İnkişaf etməkdə olan Asiya regionundakı əksər iqtisadiyyatlarda müşahidə olunan iqtisadi artım ixraca davamlı, yüksək tələbat və sürətlə artan ölkədaxili tələbatla dəstəklənir - Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında belə qeyd olunur.
2018-ci il üzrə Asiyanın İnkişaf Perspektivləri (ADO) adlı yeni hesabatında AİB Asiya və Sakit okeanı regionunda ümumi daxili məhsulun (ÜDM) artımının 2017-ci ildə qeydə alınan 6,1 faizlə müqayisədə bir qədər azalaraq, 2018-ci ildə 6 faiz, 2019-cu ildə isə 5,9 faizə çatacağını proqnozlaşdırır. Yüksək gəlirli yeni sənayeləşmiş iqtisadiyyatlar istisna olmaqla, iqtisadi artımın 2018-ci ildə 6.5 faiz və 2019-cu ildə 6,4 faiz olacağı gözlənilir, bu, 2017-ci ildəki göstərici - 6,6 faizdən azdır. ADO AİB-in illik, əsas iqtisadi nəşridir.
“İnkişaf etməkdə olan Asiyadakı iqtisadiyyatlar sağlam siyasət, ixracatın genişlənməsi və davamlı ölkədaxili tələbatla stimullaşan cari iqtisadi artım tempini qoruyub-saxlayacaq" - AİB-in Baş İqtisadçısı Yasuyuki Savada belə deyib. "Güclü regional ticarət bağları və inkişaf etməkdə olan maliyyə bufer ölkələri regionu potensial xarici şoklara, eləcə də artan ticarət gərginlikləri ilə bağlı risklərə və ölkədən kapitalın sürətlə axmasına tab gətirmək üçün yaxşı mövqeləndirir.”
Sənaye ölkələrinin iqtisadi artımının bərpası davam edir və ABŞ və avro zonanın Yaponiya ilə birgə iqtisadi artımının 2019-cu ildə 2 faizə qədər yavaşlamasından öncə 2018-ci ildə onun 2,3 faizə qədər böyüyəcəyi gözlənilir. Bu yaxınlarda vergilərin azaldılması Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin tədricən sərtləşdirilməsi ilə inflyasiya nəzarətdə saxlanıldığından ABŞ-da iqtisadi artımı sürətləndirəcək. Eyni zamanda, biznes etibarının artması və asan pul siyasəti avro zona və Yaponiyada iqtisadi artımı dəstəkləyəcək.
Xidmət sektoru Çin Xalq Respublikasının (ÇXR) davamlı iqtisadi artmını 2017-ci ildə 8 faizə qədər artıraraq stimullaşdırır. ÇXR-də iqtisadi artım 2017-ci ildə 6,9 faiz sürətli böyümədən sonra 2018-ci ildə 6,6 faiz, 2019-cu ildə isə 6,4 faiz yavaşlayacaq. Ölkə daxilində və xaricdə güclü tələbat ÇXR-də aparılan iqtisadi islahatlarla birgə davamlı iqtisadi artımın və makroiqtisadi stabilliyin bünövrəsini qoyur.
Cənubi Asiyada iqtisadi artım dünyada ən sürətli artımlardan biridir və regionun ən iri iqtisadiyyatı Hindistanın iqtisadi artımının bərpası ilə stimullaşır. Hindistanın iqtisadi artımının 2017-ci maliyyə ilində (Mİ) proqnozlaşdırılan 6,6 faizdən sonra 2018-ci Mİ-də 7,3 faiz, 2019-cu Mİ-də isə 7,6 faizə çatacağı gözlənilir. Yüksək dəyərli banknotların demonitizasiyasının təsirləri yayılmışdır və mal və xidmətlərə vergilərin tam tətbiqi 2019-cu il ərzində iqtisadi artımı gücləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
9 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
9 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
9 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
