Bütün resursları tək bir problemə yönəltmək düzgün deyil
Məqsədin gücü
Məqsəd insan fəaliyyətinin əsas təkan verici qüvvəsi kimi çıxış edir. Buna görə də, www.readit.az saytı olaraq sizə bu mövzuda bir məqalə təqdim edirik. Qeyd etmək istəyirik ki, məqaləmiz tərəfindən yazılmış “Məqsəd” (The Goal) kitabı əsasında hazırlanıb və kitabın qısa məzmununu saytımızdan əldə edib oxuya bilərsiniz. Kitab Azərbaycan dilinə ilk dəfədir ki, tərcümə edilir.
“Məqsəd: Davamlı inkişaf prosesi” kitabı Qoldratın ən məşhur kitabıdır və biznes roman janrında yazılmışdır. Kitabda davamlı inkişaf, keyfiyyətin idarə olunması, məhdudiyyətlər nəzəriyyəsi, darboğaz kimi müasir anlayışlardan istifadə olunur. Proseslərin idarəedilməsində iştirak edən menecerlər üçün mütləq oxunulası kitabdır.
Kitabda müflisləşməkdə olan bir fabrikin istehsal müdiri Aleks Roqonun fabrikdə və ailəsində yaşadığı problemlər və həmin problemlərin həlli ilə bağlı fəaliyyətlər təsvir olunur. Bu problemlərin həllində Məhdudiyyətlər Nəzəriyyəsi, Davamlı İnkişaf Metodu və yaxşılaşdırma müddətində faydalı olan 5 mərhələli bir modeldən istifadə olunur. Eyni zamanda, kitab rəhbərlərin biznesin məqsədinin nə olmasına qərar vermə prosesində onlara yol göstərir.
Yeri gəlmişkən, əgər siz biznesinizi inkişaf etdirmək istəyirsənizsə, bu kitabların qısa məzmunu sizin üçün faydalı olacaq = > Kitablar
Müəlliflər göstərir ki, müəssisələr biznesin bütün mərhələlərini bir problemin həllinə nail olmaq üçün istiqamətləndirdikdə digər işlərin axsaması kimi böhran nöqtələri ilə qarşılaşa bilərlər. Bu nöqtədə böyük miqyasda istehsal qeyri-mümkün olur və xərclər artır. Bu səbəblə kitabda tək bir problem üçün müəssisənin resurslarının böyük bir qisminin həmin nöqtəyə yönəldilməsinin düzgün bir üsul olmadığına diqqət çəkilmişdir.
Müəlliflər kitabda aşağıdakı anlayışlardan bəhs edir və onları ətraflı şəkildə, nümunələrlə şərh edir:
- Axın sistemin satış vasitəsilə yaratdığı gəlirdir. Əgər hər hansı bir şey istehsal edir, ancaq onu sata bilmirsinizsə, axın yarada bilməzsiniz.
- Mal-material ehtiyatları sistemin satmaq üçün aldığı şeylərə xərclədiyi pulun məbləğidir.
- Əməliyyat xərcləri inventarın (ehtiyatların) axına çevrilməsinə imkan verən pulun məbləğidir.
Araşdırmalar nəticəsində aşağıdakı model formalaşdırılır və oxuculara təklif edilir:
1. Sistemdəki “darboğazları” müəyyənləşdirin;
2. “Darboğazlardan” necə istifadə edəcəyinizə qərar verin;
3. Hər şeyi yuxarıdakı sistemə uyğunlaşdırın;
4. Sistem darboğazlarının səmərəliliyini artırın;
5. Əvvəlki addımların hər hansı birində “darboğaz” yaranarsa, ilk addıma qayıdın.
Həmçinin, kitabda Məhdudiyyətlər Nəzəriyyəsi adlı nəzəriyyədən bəhs edən müəlliflər qeyd edir ki, məhdudiyyətlər nəzəriyyəsi müəssisələrin davamlı inkişaf prosesi baxımından istiqamətləndirici bir üsuldur. Məhdudiyyətlərin idarə olunması vasitəsilə davamlı inkişafa yönəlmiş bir model hazırlanır və bu da biznesdə yarana biləcək problemlərin həllinə mühüm töhfə verir.
Müəlliflər sonda həqiqi rəhbərin aşağıdakı suallara cavab verməli olduğunu bildirirlər:
- Nəyi dəyişəcəyik?
- Nə ilə dəyişəcəyik?
- Dəyişikliyi necə həyata keçirəcəyik?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
10 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)










.jpg)



