Sərfəli bank kartları necə olmalı?
Expressbank daim öz müştərilərinin qazanc və qənaət imkanlarının artırılması haqqında düşünür. Göstərilən xidmətlərin ilk növbədə müştəri üçün sərfəli olması Expressbank-ın əsas məqsədlərindən biridir. Bankın təqdim etdiyi debet kartları da öz sərfəli şərtləri ilə fərqlənir.
Belə ki, Expressbank-ın debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı komissiya 0% təşkil edir. Xarici valyutada olan kartlardan digər valyuta üzrə nağdlaşdırma, onlayn və POS-terminal vastəsilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı da 0% təşkil edir. Kartlar müxtəlif xüsusi zövqlə hazırlanmış bir neçə dizaynda hazırlanır. Üstünlüklərdən biri də kartların təmassız olması və 700-ə yaxın ExpressPay terminalı ilə hesaba komissiyasız mədaxil imkanının olmasıdır. Amma bu da son deyil. Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini nağd şəkildə geri alırlar (“Cashback”).
Müştərilər bu vəsaiti həm nağdlaşdıra, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.
“Cashback” tərəfdaşlarının sayı isə günbəgün artmaqda davam edir. Expressclub.az saytına daxil olaraq, Siz istənilən xidmət sahəsini seçərək (geyim mağazaları, uşaq aləmi, aksesuar və zinyət əşyaları, restoran və kafe, market, parfum mağazaları, aptek və optika, kompüter və məişət avadanlığı, idman, istirahət və əyləncə, turizm, səhiyyə/müalicə mərkəzləri, online alış-veriş, gül salonu, kulinariya, ehtiyat hissələri və avtoservis mərkəzləri və digər xidmətlər), siyahıda əks olunan satış nöqtələri barədə ətraflı məlumat əldə edə bilərsiniz. Tərəfdaş siyahısına daxil olmayan ticarət nöqtələrində nağdsız ödəniş etdikdə isə, 0,3% “cashback” qazanırsınız.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 20 d. əvvəl
- 31 d. əvvəl
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb






















