Bu #olabilər! nə ola bilər?
Son zamanlar Facebook-un ən diqqətçəkən və maraqlı cərəyanlarından biri reklam həştəqləridir. Müəyyən müddət ərzində mövcud olan belə həştəqlər qısa zaman ərzində öz əyləncəli məzmunu və hədiyyələri ilə insanların marağına səbəb olur.
Hər bir həştəqin arxasında isə bir sirr dayanır deyə, insanlar bu sirri, yəni həştəqin nə ilə bağlı olmasını tez bir zamanda öyrənmək istəyirlər.
Artıq bir həftəyə yaxındır ki, Facebook və Instagramda yeni, çox maraqlı həştəq - #olabilər! həştəqi diqqət mərkəzindədir. Həştəqin aktiv Facebook səhifəsi və Instagram səhifəsi təsirli, intelellektual və əyləncəli paylaşımlarla sosial şəbəkə istifadəçilərinin xüsusi marağına səbəb olub. Buna görə də, bir çoxlarını indi bu sual maraqlandırır: Görəsən, bu #olabilər! nə ola bilər?
Burada bir neçə versiya irəli sürmək olar. İlk əvvəl qeyd edək ki, bu məzmunda və bu səviyyədə iş hazırlamaq çox çətindir, bu layihənin güclü bir komanda işi olduğunu açıq-aydın göstərir. Kopiraytinqə və qrafik dizayna fərqli, daha keyfiyyətli yanaşma hiss olunur. Həştəq orijinallığı ilə seçilir, həştəqin öz personajı, öz saytı var. Hətta, www.olabiler.az saytında qeydiyyatdan keçib, zarafat xarakterli yarışmaya da qoşulmaq olar. Dostunun adını yazırsan, ondan, əslində, yaxşı kim ola bilər öyrənirsən. Maraqlı təklif də edirlər, əgər, saytda qeydiyyatdan keçsəniz, həştəqin nə ilə bağlı olduğu hamıdan bir gün əvvəl sizə bildiriləcək. Belə irihəcmli hazırlıq, işin sistemli qurulması, komanda gücü layihənin və həştəqin hansısa böyük kompaniyaya aid olması versiyasını yaradır. Güman ki, bu həştəq hansısa böyük layihənin başlamasına diqqət çəkmək üçün işlənib.
Digər tərəfdən, indiyədək məlum olan #problemdeyil, #səndənbirdənədir və #gözləmə tipli məşhur həştəqlər, adətən, bank xidmətlərinə aid idi. Yalnız #4noyabr həştəqi marketinq görüşünü özündə əks etdirirdi. Lakin bu dəfə hansısa bankın yeni bir həştəqlə mediyaya girməsi inandırıcı görünmür. Düzdür, ölçüsünə, keyfiyyət və əhatəliliyinə görə, digər həştəqlərdən geri qalmır, hətta, irəlidədir. Bu səbəbdən belə bir fikir formalaşır ki, #olabilər! tək bir şirkətin yox, bir neçə fərqli təşkilatın birgə layihəsi də ola bilər. Bəlkə də, təşkilatlar bir ideya ətrafında birləşib böyük bir tədbir həyata keçirəcəklər.
Üçüncü versiya isə ideyanın onlayn layihə olmasıdır. Hələki heç bir xidmət və ya şirkətin adı çəkilmir, bütün işlər isə onlayn formadadır. Həştəq, aktiv sosial şəbəkə hesabları, sayt, qeydiyyat, reklam və s. - hamısı onlayn olaraq davam edir. Bu isə #olabilər!-in internet şou, onlayn yarışma və ya böyük onlayn layihə olması ehtimalını gücləndirir. Onlayn layihənin bu şəkildə təqdimatı da maraqlı yanaşma ola bilər.
Gözdən qaçmayan kiçik bir məqam daha var. www.olabiler.az saytının ana səhifəsinin fonuna diqqətlə baxdıqda yaşıl fonda müxtəlif ikonlar da görünür. Ütü, telefon, fotoaparat, tozsoran, qulaqlıq, hədiyyə qutuları və hətta, avtomobil ikonu gözə çarpır. Bu ikonlar həştəqin yarışma olacağı versiyasını gücləndirir. Güman ki, bizləri bol hədiyyəli və sürprizli layihə gözləyir. Digər ikonlardan əlavə avtomobil ikonunun olması, yəqin ki, qiymətli hədiyyələrin olmasına işarədir. İkonların müxtəlif dəyərli və fərqli seqmentlərdən olması, yuxarıda vurğuladığımız bir neçə kompaniyanın birgə işi iddiasını yada salır.
Həqiqətən, versiyalar çoxdur və onların sayını artırmaq da olar. Lakin ən yaxşısı bir az da səbr etmək, bu maraqlı həştəqlə paylaşılan əyləncəli işlərdən zövq almaq və #olabilər!-in nə olduğunun açıqlanmasını gözləməkdir. Artıq sosial şəbəkə istifadəçilərinin bir qismində ümumi rəy formalaşıb ki, həştəq varsa, sonda o, bank xidməti olacaq. #olabilər! -dən gözlənilən isə bu həştəqin tam fərqli bir iş olması və bizləri bir qədər də təəccübləndirməsidir. Ona görə də, gözləyək, görək, bu #olabilər! həqiqətən, nə ola bilər?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
- 11 d. əvvəl
-
14 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
-
37 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
57 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Ən çox oxunanlar
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
























