Apreldə qlobal neft hasilatı dəyişməyib
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması müqaviləsinə ötən ay 172% əməl edilib.
OPEC-in xam neft hasilatı apreldə əvvəlki aya nisbətən gündəlik 130 min barel azalaraq 31 milyon 650 min barel olub.
Xam neft xaric digər OPEC hasilatı isə sutkada 6 milyon 930 min barrel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 38 milyon 580 min barel səviyyəsində reallaşıb.
Apreldə OPEC daxilində ən çox azalma Venesuela, Nigeriya və İraqda baş verib. Venesuelada gündəlik neft hasilatı təxminən 500 min barrel geriləyərək 1 milyon 420 min barelə, Nigeriyada gündəlik 300 min barrel azalaraq 1 milyon 590 min barrelə və İraqda gündəlik təxminən 300 min barrel geriləyərək 4 milyon 410 min barrelə enib.
Keçən ay OPEC daxilində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Əlcəzair və İran gündəlik neft hasilatını artırıb. BƏƏ gündəlik neft hasilatını 100 min barel artıraraq 2 milyon 710 min barelə, Əlcəzair 100 min barel artıraraq 990 min barrelə və İran 100 min barel artıraraq 3 milyon 820 min barrelə qaldırıb.
Bundan başqa, qlobal neft hasilatı apreldə əvvəlki aya nisbətən sabit qalaraq gündəlik 98 milyon barrel olub.
İRANIN VƏZİYYƏTİ
Hesabatda, ABŞ-ın İrana qarşı sanksiya qərarının neft bazarı üzərindəki təsirlərinin təqib ediləcəyi qeyd edilib.
Dünyanın ən böyük beşinci neft ixracatçısı olan İran gündəlik 3 milyon 820 min barrel xam neft istehsal edir və bu məbləğin 2 milyon 400 min barrelini qlobal bazara göndərir.
QLOBAL NEFT TƏLƏBİ AZALACAQ
IEA-nın proqnozlarına görə, 2018-də qlobal neft tələbinin gündəlik 100 min barrel azalaraq orta hesabla 99 milyon 200 min barrelə geriləyəcəyi proqnozlaşdırılır. İEA-ya görə neft qiymətlərinin artması tələbi azaldacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)








