Devalvasiyalar “Bakı Fond Birjası”na xeyir verib
Devalvasiyalardan sonra Mərkəzi Bankın emissiya etdiyi notlar Bakı Fond Birjasının gəlirlərinin kəskin artmasına səbəb olub.
“Bakı Fond Birjası” QSC 2017-ci ili 1 milyon 471 min manat xalis mənfəətlə başa vurub. Halbuki birja, 2016-cı ili 116 min 281 manat zərər ilə bağlamışdı.
“Marja” QSC-nin hesabatına istinadən xəbər verir ki, 2016-ci ildə 708,5 min manat olmuş cəmi gəlirlər 2017-ci ildə 2 milyon 764 min manata yüksəlib. Əqdlər üzrə tarif gəlirləri 645 min manatda 2 milyon 712 min manata qalxıb. Gəlirlərin 2 milyon 80 min manatı Azərbaycan Respublikasının Mərkəzi Bankının buraxdığı notlar, 326,7 min manatı isə Maliyyə Nazirliyinin buraxdığı xəzinə istiqrazları üzrə əldə edilib.
Birja əməliyyat xərclərini də azaldıb. 2016-cı ildə 1 milyon 219 min manat təşkil etmiş xərclər 2017-də 1 milyon 7 min manata düşüb.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Qeyd edək ki, 2017-ci ildə Vüqar Namazov “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sərdi vəzifəsinə təyin olunmuşdur.
Həmçinin ötən il dövlət qiymətli kağızlarının (Mərkəzi Bankı notları və Maliyyə Nazirliyinin istiqrazları) emissiyalarının artması ilə Bakı Fond Birjasının da dövriyyəsi kəskin artıb.
Devalvasiyalardan sonra Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərracı və notların yerləşdirilməsi üzrə hərraclar keçirir. İqtisadiyyatda maliyyə vasitəçilinin zəif olaraq qalması şəraitində bank sistemində akkumulyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə yüksək tələbi şərtləndirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







