“Daşkəsən Filizsaflaşdırma” yenidən investisiya müsabiqəsinə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yenidən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Müəssisə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və ölkə prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq müsabiqəyə çıxarılıb.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması ilə bağlı ümumi dəyəri azı 600 mln. manat olan, 5 il ərzində icra olunacaq investisiya proqramı təqdim etməli, dövlət büdcəsinə azı 100 mln. manat ödəməlidir. Qalib investor isə azı 1 000 yeni iş yeri yaratmalı, layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətə 160 min manat pul ödəməli olacaq.
Səhmdar cəmiyyətinin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün dekabrın 28-nə qədər, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Təkliflərə 9 yanvar 2019-cu ildə, saat 15:00-dan başlayaraq baxılacaq.
Xatırladaq ki, dəmir filizlərinin hasilatı və emalı müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin nizamnamə kapitalı 1 063 140 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 mant olan 531 570 ədəd sənədsiz, adlı səhm əsasında formalaşıb. Bunun isə 527 447 ədəd investorlara təklif olunur.
Hazırda sənaye müəssisənin 315 işçisi, 19 560 946 manat öhdəliyi, o cümlədən 652 159 manat əmək haqqı və ona bərabər tutulan borcu, 5 199 562 manat dövlət büdcəsinə olan borcu, 2 017 020 manat Dövlət Sosial Müdafiə Fonduna olan borcu, 1 807 021 manat dövlət xidmətlərinə görə dövlət müəssisələrinə (elektrik enerjisi, qaz, su, kanalizasiya, dəmir yolu daşımaları) olan borcu, 3 585 176 manat mal, iş və xidmətlərə görə qeyri-dövlət müəssisələrinə olan borcu, 3 684 073 manat alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borcu, 2 615 935 manat sair borcu, eləcə də 321 145 manat isə debitor bocu var.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
2 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
2 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb









.jpg)










.jpg)
