Pakistan Azərbaycanla idxalı sazişi imzalamağa hazırlaşır
Pakistanın Xarici İşlər Nazirliyi enerji ehtiyatları ilə zəngin olan Azərbaycanla neft, neft məhsulları və maye qaz idxalı üzrə sazişin imzalanmasına razılıq verib.
“tribune.com.pk” xəbər verir ki, Pakistan bununla Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır.
Pakistanın Neft və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndəsi deyib ki, Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyi təklif edib. SOCAR və Pakistan şirkəti birgə maye qaz və mayeləşdirilmiş neft qazı (LPG) terminalının tikilməsində maraqlıdırlar. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilib.
2016-cı il aprelin 26-27-də İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclasında hər iki tərəf neft və neft məhsullarının axtarışı, hasilatı, o cümlədən enerji sektorunda sərmayə imkanlarının təşviq edilməsi, xam neft və neft məhsullarının tədarükü üzrə əməkdaşlığı genişləndirmək, LNG və LPG terminalının qurulması üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ölkənin Neft Nazirliyinə Azərbaycanın, o cümlədən də müxtəlif ölkələrin enerji şirkətləri ilə danışıqlar aparmağı tapşırıb. Pakistan və Azərbaycan müvafiq olaraq siyasi və hüquqi cəhətdən də hökumətlərarası saziş layihəsi barədə razılığa gəliblər.
Həmçinin Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqlarının keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə razılığa gəlinib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















