Valyuta və əmtəə qiymətləri proqnozları - GÜNƏ BAXIŞ
Dünya valyuta birjalarında Amerikanın tətbiq etməyə başladığı yeni idxal rüsumları siyasətinin əks təsirləri investorların diqqət mərkəzində olacaqdır.
EUR
Dünya valyuta birjalarında avroda müşahidə edilən 2%-lik bahalaşma, həftənin ikinci yarısında zəifləyərək 1.1616-1.1723$ aralığında ticarət edilib. Qiymət 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1830$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, ABŞ-ın Avropa məhsullarına tətbiq etdiyi yeni idxal siyasəti və Avrozonada inflyasiyanın artması fonunda sənaye və digər sahələrdə də aktivliyin artması lazımdır. Bu baxımından bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın xidmət sektoru ilə bağlı biznes aktivliyi indeksi diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsinin də bahalaşdığı müşahidə edilir. Təhlillərə əsasən, hal-hazırda 1.3370$-a ticarət edilən GBP/USD məzənnəsi 1.3400$-a kimi də bahalaşa bilər. Məhz bundan sonra qiymət güclü müqavimətlə rastlaşacaqdır. Müqavimətin qırılması təqdirdə isə məzənnədə artımın 1.3480$-a kimi də sürətlənə biləcəyi ehtimal edilir.
TRY
Türkiyə bazarlarında isə dollar 4.4471TL-ə kimi ucuzlaşdıqdan sonra 4.6573TL-ə kimi bahalaşıb və 4.7438 və 4.8033TL-ə kimi də bahalaşa bilər. Cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı da investorların diqqət mərkəzindədir.
OIL
Enerji bazarlarında isə 76.50$-a ticarət edilən Brent neftinin qiymətində ucuzlaşma 76.16$-ın aşağı istiqamətdə qırılması ilə 75.44 və 73.14$-a kimi də davam edə bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1290$-ın (41.4 $/qram) üzərində dalğalanmaqdadır və sözügedən səviyyənin üzərində qaldıqca, 1299$ (41.7 $/qram) və 1305$-a (41.9 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








