Babəkdə əzabın nə vaxt başa çatacağı açıqlandı
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8,7 kilometr olan Babək prospektinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə davam etdirilir.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.
Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 kilometr uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 kilometrə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir.
Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq, prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənir.
Layihəyə uyğun olaraq, prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kvadratmetr sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26350 poqonmetr uzunluğunda yeni səki daşları düzülür.
Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Belə ki, prospektin 323609 kvadratmetr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Həmçinin prospektin yenidən qurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılır.
Layihə çərçivəsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması məqsədilə yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.
Ümumilikdə isə yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
22 d. əvvəl
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
-
2 saat əvvəl
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Maldiv adaları qarşılıqlı vizasız rejim tətbiq edib
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Aprelin 30-da gözlənilən hava şəraiti
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Bankların kredit portfelinin artım tempi cüzi sürətlənib
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Ödəniş kartlarının sayı martda 62 min ədəd artıb
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb







.jpg)






.jpg)







