Beynəlxalq Bank 100 müştərisinə hədiyyə təqdim etdi
Azərbaycan Beynəlxalq Bankının “Yüzdən biri ol!” devizi altında keçirdiyi “Bahar” uduşlu stimullaşdırıcı lotereya kampaniyasında qalib olmuş müştərilərə hədiyyələr təqdim olunub.
Kampaniyada ümumən 100 iştirakçı qalib olub. 60 qalib 100 manat, 25 qalib 300 manat, 10 qalib 500 manat hədiyyə qazanıb. Təqdimat mərasimində lotereyanın 2 qalibinə “İpad Pro 9.7”, daha 2 qalibinə “İphone X” smartfonu təqdim olunub. Birinci yerin qalibi Xədicə Məmmədovaya isə MALDİV ADALARINA 2 NƏFƏRLİK (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ verilib.
Xədicə Məmmədova Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüdür. O, 406 min 159 uduş şansı arasından cəmi 4 uduş şansı ilə qalib gəlib: “Bu, bir qismətdir. Bankdan kredit almışdım. Mayın 15-də gecə “Xəzər” televiziyasının canlı efirindən zəng edib dedilər ki, lotereyada udmuşam. Çox sevinirəm. Maldiv adalarına böyük qızımla gedəcəyəm. Azərbaycan Beynəlxalq Bankına minnətdaram ki, bizə belə bir imkan yaratdı”.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə stimullaşdırıcı tədbirlərin keçirilməsində məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirməkdir: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verir. İnnovativ bankçılıq texnologiyalarının tətbiqi ilə nağdsız ödəniş infrastrukturunu inkişaf etdirməyə çalışır. Belə stimullaşdırıcı tədbirlərimiz gələcəkdə də davam etdiriləcək”.
Xatırladaq ki, lotereya kampaniyası 15 mart – 30 aprel tarixlərini əhatə edib. İştirak şərtlərinə görə, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ölkədaxili və ölkəxarici nağdsız alış-veriş zamanı aparılmış bütün əməliyyatlar üzrə, yaxud onlayn qaydada ödənilmiş hər 100 manata görə müştəri bir uduş şansı qazanıb. Eyni zamanda, kampaniya dövründə bankdan nağd pul krediti alan müştəri hər 500 manat kredit məbləğinə görə bir şans əldə edib. Uduş fondu 15 may 2018-ci il tarixində saat 22.00-da “Xəzər” televiziyasının canlı yayımında oynanılıb. Qaliblərin seçimi kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























