Azərbaycanın dövlət şirkətinin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başladı
2014-cü ildə uzun fasilədən sonra xarici sulardakı fəaliyyətini bərpa edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu istiqamətdə ardıcıl və effektiv addımlar atır. Belə ki, son dörd ildə Xəzərdənkənar hövzələrdə – Azov, Qara, Aralıq dənizlərində üzən gəmilərimizin sayı 13-ə çatdırılıb. Onların 11-i quru yük gəmisi, 2-si tankerdir. Üçrəngli bayrağımız altında xarici sularda üzən həmin gəmilərin daha səmərəli istismarını isə Gəmiçilik tərəfindən Türkiyədə təsis edilən “Caspdry” və “Casptankers” şirkətləri həyata keçirir.
Bütün bunlar onu deməyə imkan verir ki, artıq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici bazarlarda öz mövqeyini xeyli möhkəmləndirib. İndi “AXDG” QSC beynəlxalq sularda quru və maye yük daşımalarında lider şirkətlərdən birinə çevrilməyi qarşısına məqsəd qoyub.
Şübhəsiz ki, AXDG-nin bu istiqamətdə aktiv fəaliyyəti və durmadan inkişafı azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da artırır. Bu, Gəmiçiliyin kadr potensialının möhkəmləndirilməsi, yüksək ixtisaslı dənizçilərin yetişdirilməsinə birbaşa təsir göstərir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətinin daha da genişlənməsi və möhkəmləndirilməsi məqsədi ilə daha bir uğurlu addım atıb. Belə ki, bundan sonra AXDG-nin vacib dəniz nəqliyyatı arteriyaları üzərində yerləşən Yunanıstanın paytaxtı Afinada nümayəndəliyi fəaliyyət göstərəcək.
Yeni təsis olunan nümayəndəliyin açılış mərasimində Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq təsnifat cəmiyyətləri və gəmiçilik şirkətlərinin əməkdaşları, o cümlədən iş adamları iştirak ediblər.
Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qonaqlara son zamanlar ölkəmizdə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur layihələri haqqında ətraflı məlumat verib.
Bildirib ki, Azərbaycan artıq Asiya və Avropa qitələrini birləşdirən bir “Hub” rolunu oynayır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verən Rauf Vəliyev Çin və Avropa bazarlarını birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və onun əsas iştirakçılarından biri olan və 160 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi haqqında söz açıb. Qeyd olunub ki, gündən-günə inkişaf edən bu marşrut üzərində yeni çağırışlara cavab vermək üçün Gəmiçilik öz donanmalarını müasir gəmilərlə yeniləyir, kadr bazasını möhkəmləndirir. Vurğulanıb ki, 9 mindən artıq əməkdaşı olan Gəmiçiliyin iki böyük donanması mövcuddur. Dəniz Nəqliyyat Donanmasının tərkibində 52, Xəzər Dəniz Neft Donanmasının tərkibində isə 212 müxtəlif təyinatlı gəmi istismar edilir. Həmçinin “AXDG” QSC-nin nəzdində Gəmi Təmiri və Tikintisi zavodları, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim Tədris Məkəzi fəaliyyət göstərir. Bu da Gəmiçiliyin beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini daha da artırır.
Tədbirdə həmçinin “B2B” formatında işgüzar görüşlər də baş tutub. Azərbaycan Xəzər Dəniz Gəmiçliyi ilə bir sıra beynəlxalq şirkətlərin əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mərasimdə Azərbaycanın əlverişli coğrafi məkanını, təbiət, mədəniyyət və tarixini, iqtisadi inkişafını, aparılan irimiqyaslı nəqliyyat-infrastruktur layihələrini, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks etdirən videoçarx da nümayiş etdirilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























