TANAP vaxtında və büdcəyə 32% qənaətlə inşa edilib
“Wood Mackenzie”: Azərbaycan və Türkiyə TANAP-ı vaxtında və büdcəyə 32% qənaətlə inşa edib
“Wood Mackenzie”nin analitiki Alasdair Morrison Azərbaycan və Türkiyənin Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin vaxtında reallaşdırılmasını qeyd edir.
Xəbər verildiyi kimi, iyunun 12-də Əskişəhərdə (Türkiyə) TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib.
“TANAP layihəsi vaxtında reallaşdırılıb. Layihənin səhmdarları üçün razılaşdırılmış tarixin təminatı hər zaman əsas məsələ olub”, - “Wood Mackenzie” A.Morrisonun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, TANAP-ın tikintisi nəzərdə tutulan məbləğdən daha az qiymətə başa gəlib. “Layihənin büdcəsi 8 mlrd. dollar təşkil edib, bu da ilkin qiymətdən 32% azdır”, - A.Morrison əlavə edib.
O vurğulayıb ki, TANAP-ın 56 düymdiametrlişərq hissəsininistifadəyə verilməsi - Cənub Aqaz Dəhlizinin istifadəyə verilməsinin yalnız başlanğıcıdır.
“TANAP-ın istifadəyə verilməsi Türkiyənin qaz-nəqliyyat qovşağına çevrilməsi cəhdinə doğru nəhənq addımdır. “Türk axını” ilə bərabər o, 2023-cü ilə qədər Türkiyədən Avropaya nəql olunan qaz həcmini təxminən illik 26 mlrd. kubmetr artıracaq”, - analitik qeyd edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
6 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
8 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
10 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
11 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb



















