Şəhərin mərkəzində premium mənzillərin satışına başlandı
(®) “Kristan Abşeron” şirkəti Bakının mərkəzində lüks mənzillərə sahib olmaq istəyənlər müştərilər üçün geniş imkanlar yaradıb. Söhbət H.Cavid pr., Ak. Ş. Mehdiyevlə Ə.Haqverdiyev küçələrinin kəsişmələrində yerləşən yeni “Merida Premium” layihəsindən gedir. Mənzillə bağlı sizi qayğılandıran nə varsa, bu layihədə reallaşdırılıb.
Sizi əlavə yol, tıxac və stressdən xilas edəcək mənzillər
Mənzillə bağlı insanları daha çox narahat edən məsələlərdən biri onun yerləşmə yeridir. Şəhərə nisbətən uzaqlıq, əlavə yol, tıxac, vaxt itkisi və stress deməkdir. “Kristan Abşeron” “Merida Premium” layihəsində müştərilərə bu komfortu bəxş edir. Belə ki, layihə Musabəyov, H.Cavid parkına, Cavid prospekti və şəhərə yaxınlığı ilə seçilir. Bir sıra dövlət qurumlarının, o cümlədən ali təhsil müəssisələrinin yaxınlığında yerləşir.
Bünövrədən üzlüyə qədər hər bir element kefiyyət nümunəsidir
Müştərilərin diqqət yetirdiyi digər əsas məsələlərdən biri tikilən mənzillərin kefiyyətidir. “Merida Premium” layihəsi bu baxımdan da müştərilərinin narahatçılığına son qoyub. Belə ki, “Kristan Abşeron”un əsas hədəflərindən biri - kefiyyət məsələsi bu layihədə də öz əksini tapıb. Binanın bünövrəsindən tutmuş üzlüyünə qədər istifadə edilən hər bir element kefiyyət nümunəsidir. Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonun, betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub. Binada ara hörgüləri isə Qobustone daşı ilə aparılıb. Bİnanın fasadı isə möhtəşəm ağlay əl işləməlidir.
Şəhərin mərkəzində şəhər səs-küyündən uzaq olacaqsınız
Vacib olan digər məsələ mənzillərin komfortu və göstərilən xidmətlərin kefiyyətidir ki, “Kristal Abşeron” bunu da müştəriləri üçün düşünüb. Şəhər və dəniz mənzərəli bu mənzillər hündürlüyü ilə seçilir. “Merida Premium” layihəsində mənzillərin mərtəbə hündürlüyü 3.6 metrdir. Digər əsas məsələlərdən biri- bu mənzillər sizi şəhərin mərkəzində şəhər səs-küyündən uzaq edəcək. Mənzillərdə istifadə edilən 3 qat izolyasiyalı, 2 kameralı palıd ağacından hazırlanan pəncərələr bunu deməyə əsas verir.
Binanın mərkəzi isitmə və soyutma sistemi ilə təmin olunması enerjiyə qənaətə, kondisionerlərin ətrafa zərərli maye axıtmamasına və bina fasadının hər zaman cəlbedici qalmasına şərait yaradacaq. Mənzillərin qışda isti, yayda isə sərin qalması üçün binanın xarici divarlarına ekoloji cəhətdən təmiz, radiasiyasız, isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkillib. Quraşdırılan təhlükəsiz liftlər Finlandiyanın məşhur “Kone” firmasının məhsuludur. 24 saat çalışan təhlükəsizlik xidməti, kamera-nəzarət sistemi və kodlaşdırılmış blok qapıları müştərilərin təhlükəsizliyinə tam zəmanət verəcək. Bundan əlavə, avtomobillər üçün 2 mərtəbəli yeraltı parkinq nəzərdə tutulub.
Kompleksdən kənara çıxmağa ehtiyacınız olmayacaq
“Merida Premium”da müştərilərin hər bir qayğısı nəzərə alınıb. Belə ki, gündəlik alış-veriş etmək üçün kompleksin birinci mərtəbəsində ticarət mərkəzi yerləşəcək. Ağır iş gününün stress və yorğunluğunu isə müasir idman qurğuları ilə təchiz edilmiş idman zalı və Spa mərkəzində ata biləcəksiz.
Onu qa qeyd edək ki, hər bir mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
8 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
8 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
9 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























