Bakıda Sahibkarlıq Zirvəsi keçirilib
Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən bir qrup təşəbbüskar gəncin təşəbbüsü və təşkilatçılığı ilə, iyun ayının 24-də STEP İT Akademiyada, Sahibkarlıq Zirvəsi keçirilib.
Zirvə 4 paneldən (hər panel 1,5 saat olmaqla) ibarət idi. “İdeyadan biznesə, "Azərbaycanda və regionda sahibkarlıq fürsətləri", "Startap və investisiya imkanları" və “Satış və e-ticarət” mövzusunda panellərdən ibarət olan Sahibkarlıq Zirvəsində Azərbaycanda və regionda öz biznesini quraraq uğur qaznmış 15-dən çox sahibkar-mütəxəssis iştirak etdi.
Öz biznesini qurmaq istəyən, eləcə də mövcud sahibkarlıq fəaliyyətini gücləndimək istəyən təqribən 150 nəfərin iştirak etdiyi Sahibkarlıq Zirvəsi yüksək maraqla qarşılandı. Belə ki, panel müzakirələrlə yanaşı, panelistlərlə iştirakçıların fərdi və ya qrup halında müzakirələri gün ərzində də davam etdi.
Sahibkarlıq Zirvəsində işgüzar şəbəkələşmənin (networking) gücləndirilməsi üçün 4 paneldən əlavə 2 dəfə çay-kofe vaxtı, bir dəfə isə yemək fasiləsi ayrılmışdı ki, bu zaman da iştirakçılar öz aralarında və panelistlərlə geniş və maraqlı müzakirələr apara bildilər.
STEP İT Akademiya, NextStep İnnovasiyalar Mərkəzi, "Marja"-Biznes və Maliyyə Xəbərləri Agentliyi, “EDUMAP” Təhsil Poratlı, “Vitam” reklam şirkəti, Coca Cola şirkəti, “Logix” və digər şirkətin tərəfdaşlığı ilə keçirilən Sahibkarlıq Zirvəsinin məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, onlar arasında işgüzar şəbəkələşməni gücləndirmək və bazardakı real imkan və nəticələrlə birbaşa tanış etmək idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























