PAŞA Sığorta müştəriləri diqqətli olmağa səsləyir
PAŞA Sığorta şirkəti sığorta agentlərindən avtomobilin icbari sığorta şəhadətnaməsini əldə edənləri diqqətli və ehtiyatlı olmağa səsləyir.
Şirkətin yaydığı məlumata görə, son zamanlar bununla əlaqədar sığorta bazarında bir neçə dələduzluq halları aşkarlanıb. Bir sıra şəxslər özlərini sığorta şirkətlərinin agentləri və ya satış əməkdaşları kimi təqdim edərək qüvvəyə minməyən icbari avtomobil sığortası şəhadətnamələri satmağa başlayıblar. Onlar müştəridən sığorta haqqını alıb sığorta şəhadətnaməsini aktivləşdirmirlər ki, bu da müştərinin avtomobilinin icbari sığortası olmadığı üçün DYP tərəfindən cərimələnməsi, sığorta hadisəsi baş verdikdə isə xoşagəlməz halla qarşılaşması ilə nəticələnə bilər. Bundan əlavə bəzi agentlərin PAŞA Sığorta adından istifadə edərək müştərilərə avtomobilin icbari sığorta şəhadətnaməsi satmağı, lakin yekunda fərqli şirkətin sığorta şəhadətnaməsini təqdim etməsi halları da qeydə alınıb.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Qeyd olunan xoşagəlməz hallardan qorunmaq üçün, müştərilərdən sığorta agentlərindən avtomobilin icbari sığortasını əldə edən zaman bir neçə məqama diqqət yetirmək tövsiyə edilir:
İcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə göndərilən sığorta haqqı və ödəniş kodunun əks olunduğu mesajda sığortaçının hansı şirkət olduğuna diqqət yetirin.
Ödəniş etdiyiniz icbari avtomobil sığortası şəhadətnaməsi agent tərəfindən aktivləşdirildikdə İcbari Sığorta Bürosunun 9707 SMS xidməti tərəfindən sizin mobil nömrənizə ödənişin həyata keçdiyi və bununla da sığortanızın aktivləşdiyi barədə təsdiq məlumatı gəlməlidir. Belə bir məzmunlu mesaj almadığınız təqdirdə sizin sığortanız qüvvəyə minmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























