Bank sektorunda gəlir azalır - 340 MİLYON AZALMA
Azərbaycan banklarının faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri azalıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-may ayında 839.7 milyon manat təşkil etmiş gəlirlər, 2018-ci yanvar-may aylarında 700.9 milyon manat təşkil edib (138,8 milyon manat və ya 16,5% azalma).
Kreditlər üzrə faiz gəlirləri 623.8 milyon manatdan 484.1 milyon manata düşüb. Bunun səbəbi bankların müştərilərə ayırdıqları kreditlərin azalması və kredit faizlərinin az da olsa aşağı salınmasıdır.
Müqayisə olunan dövrlər üzrə, faizlər ilə bağlı xərclər isə 407.5 milyon manatdan 250.2 milyon manata düşüb.
Bankların qeyri-faiz gəlirləri daha kəskin azalıb. Ötən ilin ilk 5 ayında 408.3 milyon manat təşkil etmiş qeyri-faiz gəlirləri, bu ilin ilk 5 ayında 206.7 milyon manata düşüb (201,6 milyon manat və ya 49,4% azalma).
Qeyri-faiz xərcləri isə cüzi azalıb - 408.3 milyon manatdan 404.9 milyon manata geriləyib.
Ötən ilin yanvar-may dövrü ilə müqayisədə bankların faiz və qeyri-faiz gəlirlərində cəmi azalma 340,4 milyon manat təşkil edib.
Bank sektorunda əməliyyat mənfəəti də azalıb. Əgər banklar ötən ilin ilk 5 ayında 436.7 milyon manat əməliyyat mənfəəti əldə etmişdirlərsə, bu ilin 5 ayında 252.5 milyon manat əməliyyat mənfəəti təmin edilib (42,2% azalma)
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) ciddi azalmayıb. Ötən ilin ilk 5 aynda 248.6 milyon manat ikən, cari ilin ilk 5 ayında 247.2 milyon manat təşkil edib.
Ötən ilin ilk 5 ayında bank sektoru 178.2 milyon manat xalis mənfəətdə ikən, bu ilin ilk 5 ayında 5.5 milyon manat zərərdə olub.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln manatla)
Mənfəət və zərər maddələri | 31.05.2017 | 31.05.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 839.7 | 700.9 |
1.1 Kreditlər üzrə faizlər | 623.8 | 484.1 |
2. Faiz və onlara bağlı xərclər | 407.5 | 250.2 |
2.1 depozitlər üzrə faizlər | 162.3 | 158.5 |
3. Xalis faiz gəliri (zərəri) | 432.2 | 450.7 |
4. Qeyri-faiz gəlirləri | 408.3 | 206.7 |
5. Qeyri-faiz xərcləri | 403.8 | 404.9 |
6. Əməliyyat mənfəəti (zərəri) | 436.7 | 252.5 |
7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 248.6 | 247.2 |
8. Digər gəlirlər (xərclər) | 2.6 | 1.4 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 190.7 | 6.7 |
10. Mənfəətdən vergilər | 12.5 | 12.2 |
11. Xalis mənfəət (zərər) | 178.2 | (5.5) |
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
21 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var




















