Kənd və sənaye yumurtalarının tərkibilə bağlı açıqlama
Kənd yumurtası ilə sənaye şəraitində yetişdirilən yumurtanın təkibi tamamilə eynidir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev bidirib.
Onun sözlərinə görə, yumurtalar yalnız vitamin təkibinə görə fərqlənə bilər:
“Yumurtanın inkubasiyaya yararlı olub-olmaması müəyyənləşir. İlkin olaraq, yumurtanın qabığı bütöv və çatsız, hava boşluğu 0,4mm-dən yuxarı, ağın sarıya nisbəti birin birə, yaxud birin ikiyə olmalıdır. Bunlar yumurta istehsalında yüksək göstəricilər sayılır. Yumurtanın sarısının rəngi tündləşdikcə, vitamin tərkibi də artır. Amma ümumilikdə kənd yumurtası ilə inkubator yumurtasının təkibi eynidir. Ev şəraitindəki quşlar adətən otla, sənaye şəraitində yetişdirilən quşlar isə yemlə qidalanır. Bu da yumurtanın vitamin təkibində özünü göstərir. Broyler yumurtalarının sağlamlıq üçün heç bir zərəri yoxdur. Mən özüm də qida rasionumda bu yumurtadan istifadə edirəm”.
M.Hacıyev bildirib ki, Çində istehsal olunan süni yumurta heç vaxt Azərbaycana gətirilməyib:
“Bir ara bizdə də o yumurtadan istehsal etmək istəyənlər oldu. Amma proses kifayət qədər bahalı və əl əməyinə əsaslandığı üçün mümkün olmadı. Ümumilikdə bizə Çindən süni yumurta gətirilməyib ki, onun tərkibini laboratoyilarımızada tətqiq edək. Süni yumurtalar Çində ucuzdur, çünki əhali çoxdur. Bu yumurta istehsalında əl əməyindən istifadə olunur və tam süni şəkildə hazırlanır. Jelatin, gips, kalsium və sarılığı almaq üçün bir neçə kimyəvi maddədən istifadə edilir. Xüsusi qabda dairəvi hərəkətlə kalsiumla gipsin qarışığından yumurta hazırlanır”.
Direktor mağaza və marketlərdə satılan ikisarılı yumurtalarla bağlı da açıqlama verib:
“Həmin yumurtaları almaq üçün quşa xüsusi testestoron maddəsi vurulur. Bu isə quşun yumurtlama potensialını zəiflədir. Ona görə də çox istifadə edilmir. Amma bəzi quşlar özünün biloji xüsusiyyətlərindən asılı olaraq ikisarılı yumurtlaya bilir”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Modern
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























