“TuranBank” mənfəətə çıxdı
“TuranBank” ASC 2018-ci ilin birinci yarısını 205 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə "TuranBank"ın faiz gəlirləri 15 milyon 9 min manat, qeyri-faiz gəlirləri 1 milyon 716 min manat təşkil edib (cəmi 16 milyon 725 min manat). Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 645 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 440 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Ehtiyatlkara yırma ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb. Bu, bankda gecikmədə olan kreditlərin artmasının azaldığına işarədir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“TuranBank” ASC 2017-ci ilin birinci yarısını 948 min manat zərər ilə başa vurmuşdu. Ötən ilin yanvar-iyun ayları ərzində Bankın cəmi faiz və qeyri faiz gəlirləri 17 milyon 657 min manat, xərcləri isə 17 milyon 548 min manat təşkil etmişdi. Nəticədə bank 109 min manat əməliyyat mənfəəti yaranmışdı. “TuranBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 57 min manat ayırdığından ötən ili 948 min manat zərər ilə yarılamışdı.
“TuranBank” ASC 2015-ci ili 1 milyon 132 min manat, 2016-cı ili 13 milyon 336 min manat, 2017-ci ili 1 milyon 234 min manat, 2018-ci ilin birinci yarısını isə 205 min manat xalis zərər ilə başa vurmuşdu.
30 İyun 2018-ci il tarixində "TuranBank" 69 milyon 797 min manat məcmu kapiatala malik olub, bu da minimal tələbdən yüksəkdir.
AKTİVLƏRİ ARTIB
30 İyun 2018-ci il tarixində "TuranBank" 492 milyon 741 min manat cəmi aktivlərə,433 milyon 243 min manat cəmi öhdəliklərə və 59 milyon 498 min manat cəmi balans kapitalına malik olub. 2017-ci ilin sonunda “TuranBank” 477 milyon 316 min manat cəmi aktivlərə, 418 milyon 346 min manat cəmi öhdəliklərə və 58 milyon 970 min manat cəmi kapitala malik idi.
Digər müsbət trend, ilk 6 ayda Bankın müştərilərə verdiyi kreditlərin ötən ilin sonundakı 266 milyon 771 min manatdan 273 min 214 min manata yüskəlməsidir.
“TuranBank”da digər bankların və maliyyə institutlarının depozitləri və kreditləri 188 milyon 386 min manatdan 203 milyon 861 manat manata qalxıb. 30 İyun 2018-ci il tarixində müştərilərin depozitləri 226 milyon 909 min manat təşkil edib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Ən çox oxunanlar
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var






















